Aqroparklar buğda istehsalının artırılmasında mühüm potensiala malikdir
Kənd təsərrüfatının inkişafı iqtisadi siyasətin prioritetlərindəndir. Hazırkı qlobal çağırışlar dövründə isə bu sahənin önəmi daha da artıb. Aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən müxtəlif dəstək tədbirləri həyata keçirilir. Ölkəmizdə yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, aqrar sektora maliyyə dəstəyi, vergi, eləcə də texnika və gübrə təminatı ilə bağlı tətbiq edilən güzəştlər, taxılçılığa subsidiya verilməsi, bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır. Bu baxımdan, aqroparklar səmərəli mexanizmdir. Aqroparklar innovativ üsulların geniş tətbiqi hesabına ölkənin əsas strateji məhsullarının istehsalının həcminin artırılması ilə bağlı növbəli və təkrar əkinlər, yüksək reproduksiyalı və keyfiyyətli toxumlardan istifadə, düzgün aqrotexniki qulluq və sair həyata keçirirlər. Hazırda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini reallaşdırır.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88,8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/hektar təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 3,2 ton/hektar). Aqroparkların 21,7 min hektarlıq pivotaltı sahələrində isə orta məhsuldarlıq 4,5 ton/hektar olub. Bir neçə aqroparkda buğda və arpa üzrə orta məhsuldarlıq 6-7 ton/hektar (ölkə üzrə 3,2 ton/hektar), qarğıdalı üzrə 12-15 ton/hektar (ölkə üzrə 6 ton/hektar), şəkər çuğunduru üzrə isə 80 ton/hektar (ölkə üzrə 43 ton/hektar) təşkil edib.

Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur. Növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Bu isə ölkənin taxılla təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir.

Son xəbərlər

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31