“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub
Ölkədə balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, eləcə də Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyitəsis olunub.Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, balıqçılıqla məşğul olan sahibkarların iştirakı ilə təsis yığıncağı keçirilib.
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı,balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasınanail olmaqdır.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Şöbə müdiri əlavə edib ki, Assosiasiyalar aqrar sahənin davamlı inkişafında mühüm rol oynaya və öz töhfələrini verə bilər. Araz İsmayılov yeni yaradılan Assosiasiyanın balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının təşviqinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru və Nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov qeyd ediblər ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” balıqçılıq sahəsi ilə bağlı təkliflər hazırlaya və aidiyyati qurumlara göndərməklə bu sahənin inkişafına öz dəstəyini göstərə bilər. Qeyd olunub ki, Assosiasiya öz fəaliyyətini balıqçılıqla məşğul olanların bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.

Tədbirdə balıq istehsalı ilə məşğul olanlar çıxış edərək “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.

Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 14 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. “Furqan Balıq” MMC-nin direktoru Zaur Salmanlı Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Sonda Assosiasiyanın gələcək fəaliyyəti və balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Təqdim etdi: Cəmil Dadaşov

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930