Biznes krediti əldə etmək üçün banka getməyə ehtiyac qalmadı!
Ölkədə rəqəmsal inkişafa xüsusi diqqət göstərən "Rabitəbank" ASC, banka getmədən girovsuz biznes kreditlərinin əldə edilməsi xidmətini əlçatan etdi. Artıq bizneslə məşğul olan sahibkar şəxslər və hüquqi şəxslər banka getmədən məsafədən Dövriyyə əsasında girovsuz "Dəstək" kreditini əldə edə biləcəklər.

İnternet Bankinq üzərindən həyata keçirilən proses çox sadə və hər bir incəliyi ilə nəzərə alınaraq hazırlanıb. Müştəri krediti sifariş etmədən öncə kreditin faizi, komissiyası, müddəti və ən son cəm ödənilən faizi ilə tanış ola biləcək.

Qeyd edək ki, 100 000 AZN-dək biznes kreditini 16%-dən başlayan faizlə əldə edə, 24 ay müddətində ödəmək mümkündür.

Müştərilər cəmi 1-3 gün ərzində öz dövriyyələrini artırmaq məqsədilə bankdan kredit əldə edə biləcəklər.

Belə ki, kredit üçün müraciət edən kiçik və orta sahibkarlar krediti sadəcə biznesin inkişafı üçün deyil, eyni zamanda mövcud biznes kreditlərini yenidən maliyyələşdirmək üçün istifadə edə bilər.

Məsafədən biznes kreditini əldə etmək üçün linkə daxil olun: //rbt.az/mhesab

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

“Telegram” Fransada fəaliyyətini dayandıra bilər

Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsini təklif etdi

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var YENİLƏNİB

Jirinovskinin sağlığında heç yerdə yayımlanmayan - Fotoları

Daşkəsənlə Gədəbəyə qar yağır

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib

Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?

İki gün toy edəcəklər

90-cı illərin pop ulduzu indi dam ustası işləyir - Fotolar

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Tədqiqat: Koronavirus infeksiyası insan hüceyrələrinə yeni üsulla daxil ola bilir

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

“Ölkəmiz 159 milyard dollar daha varlı olardı”

Bakıda iki məşhur park birləşdirilir - FOTO

Güler Modriç və Krossu geridə qoydu

Aleyna Tillki ömürlük həbs oluna bilər

ONUN BÖYÜK ÜRƏYİ yaxud SÖZƏ BAĞLI İNSAN - FOTOLAR

Tehrandan Ağ Evə təkzib - “Hələlik görüş qərarı yoxdur”

Ağakərim Nafizin yaradıcılıq gecəsi keçirildi - Fotolar

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Cəvahir Qaraqızı : Polkovnik Ramiz Musayevin doğum gününü böyük qürur hissi ilə qeyd edirik - FOTO

Dondurmanın bu faydalarını bilmirdiniz

Süni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?

Murad Arifdən haqqında yayılan xəbərlərlə bağlı AÇIQLAMA

“Bizə qarşı açıq müharibə elan edilib”

“Yayınmağa çalışdım, hətta pasportumun olmadığını uydurdum”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930