Əvvəl belə deyildi......Əfşan YUSİFQIZI

Əvvəl belə deyildi......
Zəriflik, incəlik yox olub, qabalıq hopub adamların ruhuna, İlahi, bu nə azardı...?
Laqeydlərdən, qəlbi daşa dönmüşlərdən yer də, göy də bezardı...
Rəğbətdən, hörmətdən sevgi umurlar, sanki sevgi rüşvət, ürək isə bazardı....
Əvvəllər sevgi satılmazdı, alınmazdı, damla-damla gözdən beyinə,
beyndən ürəyə sızardı...!
Birtərəfli olan hər şey, rəğbət də, hörmət də, dəyər də, sevgi də qanadı qırılmış quşa bənzəyərdi...
O qanadı qırılmış quşcığaz, tək qanadla yerdə vurnuxardı, çabalardı...
Göyün isə bu çırpıntıdan xəbəri olmazdı.
Bilməzdi ki, yerdə göyün həsrəti ilə çabalayan, ona tərəf uçmağa can atardı...
İnad ilə çırpınmaqdan, tək qanadı qabar-qabardı...
Qəlbi daş olan bilməz ki, sevgidən kiminsə ürəyi cadar-cadardı...
Həqiqi aşiqlərə xoş olar, bu sevgi əzabı.
Onlar bilər, sevdanın kədəri qoşun-qoşun, bəlası qatar-qatardı...
O qədər ağırdı ki, bu əzabı hər ürəksiz çəkə bilməyən qədər ağır.
Ürəyi eşq ilə çırpınanların qəm yükü qalaq-qalaqdı...
Sınmış, parçalanmış qəlbləri calaq-calaqdı...
Çəkdikcə, çəkər yorulmaz, ilahi eşq daşıyıcıları....
Qədəri bilinməz sevda yolçuları diyar-diyardı....
Bir ömür həsrətli, qara sevdalı olanların ürəyi məzar-məzardı..
Və, bir gün deyəcəklər:
- Ürəyi məzar sevdalılar sırasında küsgün Əfşan da vardı...
Əli qələm tutandan giley-güzar yazardı...

Son xəbərlər

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031