Görkəmli şahmatçı Vüqar Həşimovun əziz xatirəsi yad olunub
İyulun 24-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Doğum günündə yaxınları, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, şahmatçının komanda yoldaşları ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən idman jurnalisti Sənan Şəfizadə görkəmli şahmatçı Vüqar Həşimovun qazandığı qələbələrdən, onun insani keyfiyyətlərindən söz açıb. Jurnalist bildirib ki, hər il V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirlər keçirilir. “Fikirmcə Vüqar Həşimovun karyerası başa çatmayıb. Onun adına təşkil olunan yarışlar Azərbaycan şahmatının adını daim ucaldır”, – deyə vurğulanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun adının ölkə idmanına qızıl hərflərlə yazıldığını söyləyib: “Vüqar Həşimov kişi şahmatçılardan ibarət milli komandanın ilk Avropa çempionluğunda böyük əzmkarlıq nümayiş etdirib. Tarixi çempionluqda onun böyük rolu olub. Vüqarın adı bizə çox əzizdir. Yeniyetmələr, gənclər Vüqar Həşimovun karyerasını, onun oynadığı partiyaları öyrənməlidir. Çünki Vüqarın karyerası onlara çox böyük dəstək olacaq. Vüqarın bizimlə olmaması çox kədərlidir. Onun adı hər zaman Azərbaycan idmanında yaşayacaq. Çünki o adını ölkə idmanı tarixinə qızıl hərflərlə yazıb”.

Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü deyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını qeyd edib.

Vüqar Həşimovun atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. Qasım Həşimov deyib: “Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə Memorial təşkil olunur, onun adına şahmat klubu var. Amma onun partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidir. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməlidi, xüsusi nəşr kimi çap olunmalıdır”.

Qeyd edək ki, bu gün Vüqar Həşimov Şahmat Akademiyasında yeniyetmə və gənclər arasında sayca 8-ci beynəlxalq turnirə start verilib. Turnirdə ümumilikdə 144 şahmatçı iştirak edir.

Son xəbərlər

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31