Zeynəb Məmmədyarova: Vüqar Həşimov fərqli şahmat tərzi ilə həmişə seçilib
"Vüqar Həşimov memorialı" ilk dəfədir rapid və blits yarışları üzrə təşkil olunur. Bu səbəbdən bütün şahmatçıların şanslarını eyni dəyərləndirirəm. Qardaşım — Şəhriyar Məmmədyarovun sürətli şahmatda böyük uğurları var. Ümid edirəm ki, Ş.Məmmədyarov yarışın qalibi olacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu turnirin mətbuat xidmətinə müsahibəsində tanınmış Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova deyib.

Vüqar Həşimovla bağlı çox gözəl xatirələrinin olduğunu deyən Z.Məmmədyarova bildirib ki, mərhum qrossmeyster ölkə şahmat tarixində böyük uğurlara imza atıb. Vüqar Həşimovun adı hazırda dünya zəka sahibləri arasında böyük rəğbətlə çəkilir. Tanınmış şahmatçıların əksəriyyətinin Vüqarla gözəl dostluq münasibəti olub. Vüqar Həşimov fərqli şahmat tərzi ilə həmişə seçilib. Onun Azərbaycana qazandırdığı qalibiyyətlər heç vaxt unudulmayacaq. O, həmişə şahmatsevərlərin qəlbində yaşayacaq.

Qeyd edək ki, dekabrın 24-dək davam edəcək turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparır.

Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Son xəbərlər

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31