Olimpiya çempionu Fərid Mansurov: Vüqar Həşimov kiçik yaşlarında böyük zirvələr fəth edib
Vüqar Həşimovun qazandığı nailiyyətlər təkcə, ölkəmizdə deyil, bütün dünyada böyük rəğbətlə qarşılanıb. Onun uğurları bu gün yeniyetmə şahmatçılar üçün bir məktəbdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “Vüqar Həşimov Memorialı-2021”in mətbuat xidmətinə müsahibəsində yarışın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Olimpiya çempionu Fərid Mansurov deyib.

Turnirin əhəmiyyətini yüksək qiymətləndirən Fərid Mansurov şahmatsevərlərin bu yarışdan bəhrələnəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, “Vüqar Həşimov Memoralı”nın təşkili Azərbaycanda intellektual idman növlərinin inkişafına böyük təkan verir. Həmçinin şahmatın kütləviləşməsində böyük rol oynayır”.

Mərhum qrossmeysterin kiçik yaşlarında böyük zirvələr fəth etdiyini vurğulayan Olimpiya çempionu deyib: “Çox sevindirici haldır ki, bu turniri təşkil etməklə Vüqar Həşimovu şahmatsevərlərin qəlbində yaşadırıq. O, baxımlı oyunu və yüksək xarakteri ilə bir çoxlarının ürəyində taxt qurmuşdu. Onu sevənlərin sayı bu gün də çoxdur. Vüqar Həşimov dünya şahmatında xüsusi çəkiyə malik zəka sahiblərindən biri idi”.

Qeyd edək ki, dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Son xəbərlər

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31