“Neftçi”nin baş məşqçisi: Cavab oyununda yalnız qələbə qazanmalıyıq
Artıq futbolçularla söhbət etmişəm. Onlara bildirmişəm ki, Bakıdakı qarşılaşmaya daha yaxşı hazırlaşmalı və müdafiədə inamlı oynamalıyıq. Bunu həm özümüz, həm də klub üçün etməliyik. Evdə qələbə qazanaraq növbəti mərhələyə yüksəlməyə çalışacağıq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin “Aris” komandasının qonağı olan Bakının “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Matçın ikinci hissəsindən narazı qaldığını bildirən rumıniyalı mütəxəssis deyib: “Komanda fasilədən sonra reaksiya vermədi. Birinci hissədə qol şansları oldu, amma yararlana bilmədik. Oyunçuların fiziki cəhətdən problemləri yoxdur. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki "Neftçi" üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur".

"İkinci qarşılaşmada yalnız qələbə qazanmalıyıq. Dönüş yaratmaq niyyətindəyik. Fanatlar nəticədən narazıdır. Onları başa düşünürəm, haqlıdırlar. Komandama görə tərəfdarlardan üzr istəyirəm. Amma onlara ikinci görüşdə ehtiyacımız var”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Aris” – “Neftçi” oyunu Kipr klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Son xəbərlər

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bloger "vəziyyət ağırdır" deyib üsyan etdi

"Queen"in üzvü vəfat etdi

Tərəf müqabili oldular

SÖZÜN İKİ ÜZÜ, İNSANIN BİR ÜZÜ - FOTO

PÜSTƏ RƏVAN : GƏLİN APARIN - FOTO

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

977-ni aşırdın, 1000-ə nə qaldı?...

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Daha bir məşhur sima "A.B.İ"də - FOTO

“Ana-oğul” arasındakı 9 yaş fərqi müzakirə yaratdı - Foto

14 ildən sonra eyni serialda rol alacaqlar

Tətildən şəkil paylaşmayın - Süni intellekt yerinizi ələ verir

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

DİN-də işləmək istəyənlərin nəzərinə

Bağlanan universitetin tələbələri ilə bağlı rəsmi açıqlama

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31