Joze Alesio da Silva: Azərbaycan millisi qitənin ən güclü komandalarından biridir
Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. Altıncı qrupda qərarlaşan Azərbaycan millisi elit-raunda yüksəlmək üçün Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, püşkü dəyərləndirən millimizin baş məşqçisi Joze Alesio da Silva bildirib ki, hazırda komandaların hamısı güclənib, iddiaları artıb. Millimiz Yunanıstan komandası ilə Avropa çempionatının son seçmə mərhələsində iki dəfə üz-üzə gəlib. Eləcə də, “Araz-Naxçıvan” 2 il əvvəl Yunanıstan klubuna qarşı oynayıb. Klub səviyyəsində duel uğursuz alınsa da, millimizin iki görüşündə də qələbə qazanılıb. Baş məşqçi diqqətə çatdırıb ki, onlar bizim oyun üslubumuzu, futzalçılarımızın gücünü, potensialını bilirlər. Millimiz də bu komanda haqda məlumatlıdır.

Braziliyalı mütəxəssis vurğulayıb ki, Yunanıstan millisinin baş məşqçisi Giannis Ziavas uzun müddətdir bu vəzifəni icra edir. O, həm də millinin özəyini təşkil edən AEK klubunu da çalışdırır. “Polşaya gəldikdə, fikrimcə, Avropada sürətlə inkişaf edən millilərdəndir. Onların əksər oyunçuları başqa ölkələrin çempionatlarında çıxış edir. Heyətləri təcrübəli və gənc futzalçıların sintezindən qurulub. Kifayət qədər güclü rəqibdir. Onların sonuncu Avropa çempionatının final mərhələsində iştirak etməsi də bunu göstəricisidir. Əlbəttə, Azərbaycan millisi də qitənin ən güclü, rəqibləri üçün çətin komandalardan biridir. Yaxşı hazırlıq keçəcəyik. Qarşıya məqsəd qoyulub - elit-raunda yüksəlməliyik”, - deyə Joze Alesio da Silva qeyd edib.

Son xəbərlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31