Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi mətbuat konfransı keçirib
Hazırlığımız davam edir. Hər gün hər hansı boşluğu aradan qaldırmaq üçün çalışırıq. Amma bəzən çətinliklə də üzləşirik. Bu gün iki futzalçımızın – Rövşənlə Qalonun PCR testlərinin nəticəsi pozitiv çıxdı. Birdən-birə iki oyunçunu itirmək çətindir. Onlar ilk beşliyin üzvləridirlər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatında D qrupunun I tur matçından əvvəl mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis deyib: “Heç vaxt deyə bilmərəm ki, komanda 100 faiz hazırdır. Bunun üçün uzun zaman lazımdır. Biz məşqlərə başladığımız gündən göstəricimiz artan xətt üzrə gedir. Bu gün axşam rəqibin oyununa da baxacağıq, videoanalizləri futzalçıların diqqətinə çatdıracağıq. Rəqibimiz debütant olsa da, güclü komandadır. Hazırda yaxşı vəziyyətdədirlər. Yoldaşlıq oyunlarında qazanılan qələbə onların psixoloji durumunu yaxşılaşdırıb. Ancaq unutmayaq ki, yoldaşlıq oyunları ilə Avropa çempionatının final mərhələsi fərqli yarışdır. Onlardan qorxmuruq, ancaq hörmət edirik. Ümid edirəm ki, sabah tam heyətlə zala yollanacağıq və maraqlı oyun keçirəcəyik”.
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi mətbuat konfransı keçirib

Milli komandanın qapıçısı Emin Kürdov isə bildirib ki, pandemiya ilə əlaqədar yarışa hazırlaşan komandalar çətinliklərlə qarşılaşır: “Pandemiya ilə əlaqədar necə ki, final mərhələsinin təşkilat komitəsi əziyyət çəkir, problemlərlə üzləşir, yarışa hazırlaşan komandalar da o cür çətinliklərlə qarşılaşır. Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyundan qabaq məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızın növbəti PCR testin nəticəsi neqativ olacaq”.

Qapıçı əlavə edib: “Hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq. Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm”.

Son xəbərlər

Həsənxan Əsədov : DOSTUM - FOTO

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31