
Xəbərlər / Nesr
28.06.2022, 23:29
GƏLMƏYƏ İNSANLIĞA ARTIQ XƏLƏL - Cəmil ZƏBHULLAOĞLU
Hər nə sözün var üzümə söylə gəl,
Söyləmə arxamca “topuq-daş” məsəl.
Yoxdur sənin mədhlərinə ehtiyac,
Boş danışıb,tökmə ətim hər səhər.
Əyləmə düz yol gedəni saxlayıb,
Nurlu yerə eyləmə təklif məsəl.
Baxma özündən zəifə qıyqacı,
Hörmət eylə,könlünü al əlbəəl.
Olma riyakar üzünü bir elə,
Gəlməyə insanlığa artıq xələl.
Həsr eyləmə ömrünü var-dövlətə,
Gəlsə xəzan hamsını eylər xəzəl.
Tökmə daşı sən ətəyindən, Cəmil,
Yaxşılıq et,kim işinə vursa pəl.
Söyləmə arxamca “topuq-daş” məsəl.
Yoxdur sənin mədhlərinə ehtiyac,
Boş danışıb,tökmə ətim hər səhər.
Əyləmə düz yol gedəni saxlayıb,
Nurlu yerə eyləmə təklif məsəl.
Baxma özündən zəifə qıyqacı,
Hörmət eylə,könlünü al əlbəəl.
Olma riyakar üzünü bir elə,
Gəlməyə insanlığa artıq xələl.
Həsr eyləmə ömrünü var-dövlətə,
Gəlsə xəzan hamsını eylər xəzəl.
Tökmə daşı sən ətəyindən, Cəmil,
Yaxşılıq et,kim işinə vursa pəl.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














