Boks üzrə məktəbli oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan boks üzrə məktəbli oğlan və qızlar arasında start götürən Azərbaycan birinciliyi başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 70 komandanın 369 boksçusu gücünü yoxlayıb.

Boks Mərkəzində təşkil olunan həlledici görüşlərin yekununa əsasən, oğlanlar arasında Hikmət Məmmədov (40 kq), Əli Baxışov (42 kq), Sübhan Babayev (44 kq), Bağır Əmirxanlı (46 kq), Turqay Rəhimli (48 kq), Raul Abdullayev (50 kq), Azad Cavadzadə (52 kq), Ələkbər Əhmədov (54 kq), Rza Rzayev (57 kq), Kənan Aslanlı (60 kq), İsmayıl Vəliyev (63 kq), Polad Rüstəmov (66 kq), Əli Məmişov (70 kq), Ömər Quluzadə (75 kq), Əmir Abbasov (80 kq) və Məhəmməd Cəfərov (90 kq) çempion tituluna sahib olublar. Qız boksçuların yarışında isə Mələk Qasımova (40 kq), Səbinə Nəsirli (44 kq), Banuçiçək Nəsirli (46 kq), Yuliya Doroşenko (48 kq), Mələk Hümmətova (51 kq), Səma Hüseynova (57 kq) və Mədinə Məmmədova (64 kq) qızıl medala yiyələniblər.

Birincilikdə komanda hesabında Sumqayıt 49 xalla birinci yeri tutub. İkinci pillədə Gəncə (41 xal) qərarlaşdığı halda, “üçlüy”ü UGM7 (32 xal) qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Əli Baxışov, ən əzmkar idmançı adına Haqverdi Həsənov layiq görülüblər. Nəsrəddin Məmmədov ən yaxşı hakim, Məhəmməd Əliyev (Gəncə) isə ən yaxşı məşqçi adına sahib olub.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Boks üzrə məktəbli oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Son xəbərlər

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930