MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının seçim turunda iştirak məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi Gəncə şəhərində olublar.

Turaztv.az xəbər verir: MDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin ev sahibliyi ilə aprelin 18-də keçirilən seçim turunda regionun bir sıra ali təhsil müəssisələri təmsil olunublar.

Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival gəncləri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda hazırlamaq məqsədi daşıyır.

Seçim turunda bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş etdirən MDU tələbələrinin çıxışı maraqla qarşılanıb.

Tələbələrin ifalarının qiymətləndirilməsi Azərbaycan Milli Konservatoriyasının müəllimi, Xalq artisti, münsiflər heyətinin sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.

Qeyd edək ki, müsabiqə-festival qaliblərinin yekun konserti 2022-ci ilin may ayının birinci yarısında Bakı şəhərində olacaq.
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub
MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub

Son xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31