YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,
YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
(Dəyərli dostumuz Novruz Əsədovun 60 yaşına)


Sözün düzü, ad günümü heç sevmirəm. Ona görə yox ki, yaşım çoxalır, ömrüm azalır, o dünyaya bir addım da yaxınlaşıram. Yox, sadəcə, sevmirəm... Həmin gün sevincimə tək bircə səbəb olur: “uşaqlaşıram”, bəxtəvər uşaqlıq illərimi yada salıram, valideynlərimi düşünürəm, onlarla “dərdləşirəm”...
Bu xasiyyətimin başqalarına qətiyyən dəxli yoxdur. Ətrafımın ad günü “ad günü”dür, yubileyi isə “yubiley”. Hətta bu əlamətdar tarixləri insanların bir-birinə hörmət və ehtiramını ifadə etməsi üçün bir bəhanə, bir fürsət hesab edirəm...
Xoş diləklərlə, saf niyyətlərlə qarşıladığımız bu Novruzdan sonrakı günlərdə ürəklə qoşulacağım iki yubiley 60 və 70 illiklər, bir də əziz dostumun ad günü var. Biri uzun illərdir “evimizin doğması”na çevrilən Tahir Rəcəbovun 70 iilik yubileyidir. O biri hələ orta məktəb illərindən tanıdığım və elə o vaxtlardan da dostluq etdiyim Novruz Əsədovun 60 illik yubileyidir. Üçüncüsü də ailəmizin ən əziz, ən dəyərli üzvü, əmioğlu dediyim Hacı İlqar Hüseynzadənin doğum günüdür. Hər üçü çox mübarək! Ömürləri uzun olsun!..
O və mən…

Novruz Əsədov mənə çox doğmadır. Ona görə yox ki, demək olar, həmyaşıdıq, ikimiz də Bakı Dövlət Universitetini bitirmişik, təxminən eyni azman müəllimlərdən dərs almışıq, uzun illərdir çörək, əqidə, amal dostuyuq, bir-birimizin xeyrinə-şərinə yarayırıq... Yox, təkcə bu deyil...
O, İsmayıllı rayonunda anadan olub – Basqal kəndində (son illərdə qəsəbə statusunu daşıyır)...
Bakı... Basqal... Bu məkan adlarında fərqlər olsa da, hər ikisi hamımız üçün Azərbaycanın bir parçasıdır. Amma ikimiz üçün də ikiqat doğma, ürəyimizdə məxsusi yeri olan məkanlardır. İkimiz də Basqalda anadan doğulmuşuq, orada orta təhsil almışıq, oradan Bakıya pərvazlanmışıq. Birimiz kəndə qayıdıb orada yaşayıb, birimiz də Bakıda. Qeyd edim ki, Novruz Əsədov xeyli müddət Bakıda yaşayıb, çalışıb (bu barədə bir az sonra). Amma Basqal ikimizə də doğmadır, ana yurdumuzdur. Spesifik evləri, küçələri, məhəllələri, məscidləri, sinəsini iki yerə bölən Basqal çayı… ikimizin də nəzərində bəlkə də dünyanın cənnət guşəsidir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, zəhmətkeş, yanımcıl sakinlərini ikimiz də yaxşı tanımışıq və bu gün də onların xarirələri bizimlədir...
Ömür tarixçəsi
Tale yolları müxtəlifdir. Ömür var ki, həyatın bütün dönüm-döngələri ağrı-acısız yaşanır. Elə həyat var ki, bir ilin dərdi-səri min aya bəs eləyər. Bu sətirlər taledən şikayət kimi qəbul olunmasın. Əslində elə kənddə yaşayan ziyalının mənalı ömrü, onun işi çətin, çörəyi halal (söhbət saf niyyətli və xoşməramlılardan gedir), həyat yolu mənəvi dəyərə malik bir salnamədir, özünəxas, seçilən, bir-birinə bənzəməyən bir həyat tarixçəsidir. Gəlin o həyat tarixçəsini vərəqləyək:
Novruz Yunis oğlu Əsədov 22 mart 1962-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1969-cu ildə getdiyi Kamal Qasımov adına Basqal qəsəbə orta məktəbini 1979-cu ildə əla qiymətlərlə bitirib. O da mənim kimi həmin ildə ali məktəbə daxil ola bilməyib. Ona görə də 1985-ci ilədək müxtəlif sahələrdə işləyib və hərbi xidmətdə olub. 1985-ci ildə ali məktəbə daxil olmaq istəyi baş tutub. Həmin ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olub, ali təhsil illərində fəal tələbə kimi ictimai işlərdə fərqlənib. 1990-cı ildə universitüti əla qiymətlərlə qurtarıb.
Ali məktəbdən sonra Bakı şəhərindəki Firudin bəy Köçərli adına Uşaq Kitabxanasının Elmi-metodika şöbəsində redaktor, metodist və həmin şöbənin müdiri vəzifələrində çalışıb. İşlədiyi dövrlərdə yenə yüksək fəallıq nümayiş etdirib, müxtəlif mətbuat orqanlarında fəaliyyəti və kitabxananın ümumi fəaliyyəti ilə bağlı maraqlı yazılarla çıxış edib.
2001-ci ildə ana yurduna qayıdan N.Əsədov bir il İsmayıllı RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışıb. Daha sonra Xankənd kənd orta məktəbində hərbi rəhbər və coğrafiya müəllimi kimi fəaliyyət göstərib. Həmin ixtisaslar üzrə burada müəllim çatışmadığı üçün 2004-2005-ci illərdə Müəllimlər İnstitutunda tarix fənnindən imtahan verərək ixtisasını dəyişib.
2005-ci ilin oktyabr ayından 2010-cu ilin fevral ayının 10-dək İsmayıllı RİH başçısının Xankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 2010-cu ildən indiyədək isə İsmayıllı RİH başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsidir. İkinci dərəcəli Dövlət qulluqçusudur.
Siyasi, ictimai fəallığı ilə daim seçilən N.Əsədov həmçinin həmişə camaatın arasında olur, bütün tədbirlərdə yaxından iştirak edir. Şahidi olmuşam ki, kənddə keçirilən iməciliklərdə sadə camaatdan yan qaçmayıb, əlində bel sakinlərlə yanaşı bir işin qulpundan yapışıb. Bir sözlə, bu fəallığı, təşkilatçılığı və təşəbbüskarlığı basqallıları daim razı salıb.
Ailəlidir, iki uşağı var. Hər ikisi ali təhsillidir. BDU-nun magistridirlər. Qızı ali məktəbi başa vurub, oğlu isə son kursda oxuyur.
Həyat yoldaşı da ali təhsillidir, Qarabağ müharibəsi iştirakçısı olmuş Rəmzi Novruzov adına Basqal qəsəbə orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir.
Novruz Əsədov işlədiyi müddətdə dəfələrlə RİH-in, eləcə də müxtəlif ictimai təşkilatların tərifnamə və təşəkkürnamələrinə layiq görülüb. Orta məktəbdə çalışdığı dövrlərdə “Təhsil problemləri” qəzetinin Şirvan bölgəsi üzrə müxbiri kimi də təhsilin problemlərindən yazıb, aktual məsələlərə toxunub, həmçinin maraqlı yazıları ilə başqa qəzetlərdə də çıxış edib.
O, xalqını, millətini sevən, dövlətimiz, dövlətçiliyimiz naminə sədaqətlə, fədakarcasına çalışan, ərazi bütövlüyümüz, suverenliyimiz, milli müstəqilliyimiz naminə idealların təbliğində mühüm xidməti olan dövlət qulluqçusudur.
Onu da xüsusi vurğulayım ki, hər vaxt Novruz müəllimin uğurlarının xoş sədalarını, Basqal qəsəbəsinin tərəqqisi, daha da çiçəklənməsi naminə gördüyü quruculuq işlərinin sorağını alanda bu şad xəbərlər onun özü qədər sevindirir məni. Həm də ona görə sevindirir ki, o, layiq olan hər kəsin uğuruna sevinəcək qədər sağlam xarakterə malik bir insandır. Etiraf edək, başqasının acısına, dərdinə üzülmək asandır, onun uğuruna sevinmək isə böyük “ürək” istəyir. Bu “ürək” var Novruz Əsədovda...
İddiasız insan
Onunla həmsöhbət olanda hər dəfə böyük Mövlananın bir məşhur düsturunu da xatırlayıram: Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyü kimi ol”. Novruz müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam”dır.
Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən N.Əsədov təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir insan ömrü yaşayıb və yaşayır. Çox uzun olsun bu ömür...
60 yaş isə... Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla ayaqlaşmaq olmur, vaxt uçur, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma 60-ı qarşılamaq da, inanıram ki, çox xoşdur onun üçün. İlləri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi qəbul edilməsi, gözəl ailəsi, övladları, inşallah, nəvəsi də olar... Ən vacib olanı bax budur, məncə...
Novruz müəllim böyük ailədə böyüyüb. Valideynləri, rəhmətlik Yunis atanın, Məryəm ananın özlərindən sonra “ağsaqqallığını, böyüklüyünü” Farizlə ona əmanət etdikləri ailə. Bacı və qardaşlardan ibarət bu “əmanət”in yükü, ağırlığı da bu iki oğulun çiynində olub həmişə. Amma bu ailənin böyüklüyü təkcə külfətin böyüklüyü ilə bitmir. Orta təhsilə malik Yunis kişi özü ali təhsil almaq imkanından məhrum olsa da, övladlarının oxumalarına, cəmiyyətdə özlərinə layiq yer tutmalarına böyük stimul yaradıb.
Yaxşı yadımdadır, Ağabala adlı bir oğlu da mənimlə eyni sinifdə oxuyub. Həmişə iclaslarda hamıdan qabaq görünən Yunis əmi müəllimlərə deyirdi ki, balamı sizə vermişəm, yaxşı oxuması üçün şərait yaradın, lap yeri gələndə tənbeh belə edin. Qoy gələcəkdə normal adam kimi yetişsin. Bəli, rəhmətlik Yunis əmi bütün balalarını mənən çox varlı böyüdüb...
Bu yazını hazırladığım ərəfələrdə dostlarını da dilləndirdim, ürək sözlərini qələmə aldım.
Dostu Şahməmməd DAĞLAROĞLU: “İnsanları böyük Yaradan xəlq edəndə hər birinin daxilinə öz gücünə, ağlına uyğun da güc, qüvvət, ağıl, istedad verir. Bu ağıl, güc, qüvvət və istedaları ilə də insanlar bir-birindən seçilirlər. Ona görə də iradəli, ağıllı, güclü, mübariz , böyük səbrə malik olan insanlar da həyatda qalib olurlar. Onlar öz qürürları, alicənablıqları ilə sözlərini deməyi, nəcib əməllərini doğrultmağı bacarırlar. Həyat və böyük Yaradan da məhz çox vaxt güclüləri, məğrurları, mübarizləri sevir. Axı onlar milyonlarla insanları öz ardlarınca aparmağı bacarırlar. Uzun illərin dostu Novruz əsədov kimi!”.
Hacı İlqar HÜSEYNZADƏ: “Bu insanın – 60-cı baharını yola salan Novruz Əsədovun dünyagörüşü, səbri, həyata baxışı, istedadı, mərhəməti, mərdliyi, tərbiyəsi, yüksək mənəvi keyfiyyətləri, hər insana təmənnasız kömək etməsi, xeyirxahlığı və həyat tərzi də ətrafında olanlar üçün bir örnəkdir. O özünün təxəyyülü, təşkilatçılığı, ağlı, istedadı, həyatsevərliyi və qətiyyətli mübarizliyi ilə nəinki ətrafındakıları, hətta onunla təmasda olanları çox asanlıqla öz ardınca apara bilir. Belə xarakterdə yalnız güclü, döyüşkən insanlar ola bilir”.
Ukraynada yaşayıb-yaradan Kifayət CƏFƏROVA: “Qlobal şəraitdə yaşadığımız hazırkı dövrdə kənd yerində camaatın dilini tapıb çalışmaq, qarşıya çıxan problemləri dəf etmək üçün gərəkdir ki, hər bir insan ilk növbədə soyadına, adına, doğulub boya-başa çatdığı məkana hədsiz sadiq qalsın. Çünki indiki zamanda hər hansı vəzifədə olmaq, minlərlə şəxsin görən gözünə, danışan dilinə çevrilmək üçün vacibdir ki, həmin insanların döyünən ürəyinə çevriləsən. Novruz müəllimi məhz belə bir insan kimi tanıyıram. O, artıq neçə ildir ki, hər cür çətin bir məkanda çalışır, camaatla əl-ələ verib doğma qəsəbəmizin quruculuğu naminə bacarığını əsirgəmir. Onu yaxşı tanımaq üçün gərək dəyərli dostumuzu qəlbən başa düşərək dərk eləyəsən...”
Kavus QULİYEV: “Mən bu gün özümü xoşbəxt insan hesab edirəm ona görə ki, Novruz Əsədovu tanıyıram. Onunla tanış olmuşam və eyni dövrdə yaşayıram. Onun əqidəsi, zəkası. Ağlı-kamalı məni valeh edib. Ona dərin təşəkkürümü bildirirəm ki, nə yaxşı o, 0n iki il əvvəl doğma yurduna qayıtdı və bu gözəl məkana xüsusi ovqat qatdı, böyük ruh verdi. Novruz müəllim özünün müdrik düşüncəsi, yüksək səbri ilə bir çoxuna ağıllı məsləhətlər verir. Ən çətin məqamda isə nə lazımsa köməklik eləyir”.
Yubilyar Novruz Əsədovun özü isə belə deyir: “... Amma daxilimdə, beynimdə bir şeyi qətiyyətlə bilirəm və dərk eləyirəm ki, mən həyatda yalnız özümə inanmalı, öz gücümə arxalanmalıyam, gələcəyimi daha parlaq, daha dolğun eləmək isə yalnız öz əlimdədi. Gələcək həyatımı daha mənalı eləmək ulu Yaradanın mənə verdiyi gücdən, ağıldan və zəhmətdən asılı olacaq. Elə bu sətirləri yazanda birdən ürəyindən bu sözlər keçdi: “Bundan sonra da çətinliyə sinə gərərək, daha sərbəst olmaq, ailədə olan hörməti doğrultmaq, gələcəyimin simvolları olan övladlarımın qayğısını indi olduğundan da çox hiss eləmək, onların gələcək taleyinin daha parlaq olması üçün daha əzmlə çalışmaq və bunu özümə borc bilmək”, eləcə də Basqalımın inkişafı, tərəqqisi naminə çalışmaq kimi hisslər dərindən titrətdi ürəyimi. Daxilən elə bir hisslər keçirirəm ki, bunları reallaşdırmaq üçün elə bil yenidən doğulmuşam. Həyata, yaşamağa baxışım, sevgim daha da artıb. Arzularım, yaşamaq, yaratmaq istəklərim bir insan kimi həm də cəmiyyətdə gərəkli olmaq və öz yerimi tutmaq hisslərim bir qırmızı xətt kimi keçir ürəyimdən. Başa düşürəm ki, artıq ömrümün böyük bir hissəsini geridə qoymuşam. Artıq bu reallıqdır. Bu reallıqla da barışmaq lazımdır. Bu elə bir reallıqdır ki, bizi həyatda həm mübariz edir və həm də yaşamaq üçün imanla mübarizəyə səsləyir. Ulularımız deyiblər: “Arzuları, inamları böyük olanlar bu həyatda əzmkarlıqla, mübariz olmaqla qalib gəlir və öz arzularını, istəklərini reallaşdıra bilirlər”. Yaradıcı insanlar isə daha çox inamlı, istəkli, mübariz olmalıdır ki, böyük arzularına çata bilsinlər”.
İnsanları özü kimi sevən Novruz Əsədov
Artıq ömrün 60-cı pilləsini yaşayan əziz Novruz Əsədov!
Qoy sizin yaradıcılığınız da, fəaliyyətiniz də bundan sonra daha da zəngin və mənalı olsun. O vaxtlar, yəni oniki il əvvəl, mən ömrümün qırx beşinci ilində sizin bu məkana ilk gəlişiniz zamanı işinizlə tanış olanda və Basqalın çiçəklənməsinə bir qrup basqallı ilə dəstək verəndə, burada bir çox quruculuq işi görüləndə, digər sakinlərin də bu işə könüllü olaraq təşəbbüs göstərmələrini görəndə həmin vaxtlar mənim həyatımın böyük mənası oldu. Vaxtilə bu quruculuq işlərini “İsmayıllı xəbərləri” işıqlandıranda vaxtınızın az olmasına baxmayaraq, onları oxuyub təşəkkürünüzü bildirmisiniz. Eyni zamanda özünüzün səbrlə çoxlu məsləhətinizi, təklifləriniz vermisiniz. Sizin bu məsləhətlərinizdən, təkliflərinizdən ruhlanaraq mən həmin yaradıcılığımı həm də Basqalımızı ölkə mətbuatında tanıtmağa istiqamətləndirmişəm. Zaman-zaman sizdən faydalanmışam da. Bu gün 60 illiyinizin mənə verdiyi fürsətdən istifadə edib deyirəm: “Nə yaxşı ki, həyatda sizin kimi böyük yaradıcı, saf fikirli, insanlara böyük istəyi olan və təmənnasız kömək etmək üçün əlini uzadan, bacardığı qədər köməklik edən bir dostum var. Sizin kimi belə insanlar olmasaydı, yəqin ki, həyat mənasız və puç olardı. Axı alicənab insanlar heç nəyə fikir vermədən ucalığa can atırlar. Ulu Peyğəmbərimiz Məhəmməd (ə.s.ə.) deyib: “Məhəbbət, sevgi Allaha doğru yolun ifadəsidir. İnsanları özünü sevdiyin kimi sev”. Əziz dost! Siz də insanlara belə təmənnasız məhəbbət, sevgi bəsləməklə Allaha doğru bir müqəddəs yol gedirsən. Dahi dramaturq Sokrat isə belə deyib: “Xeyirxahlıq xoşbəxtlikdir”. Deməli, siz də insanlara təmənnasız xeyirxahlıq etmək, onların hər işinə yaramaqla uzun illərdir ki, xoşbəxtlik dövrünüzü yaşayırsız. Bu müqəddəs dövrünüz və uğurlu yolunuz mübarək olsun. İnanıram ki, zamanından, dövranından, düşdüyünüz vəziyyətin çətinliyindən asılı olmayaraq, siz daxilinizdə olan paklığa görə, həmişə bu müqəddəsliyi qoruyub saxlayacaqsız. Qoy böyük Yaradan sizə həmişə yar olsun. Sizə mane olanlara, sizin qarşınızı almaq istəyənlərə, sizə şərait yaratmaq istəməyənlərə də Allah insaf versin. Qoy onlar fikirləşsinlər ki, axı ömrünü yalnız yaxşılığa, xeyirxah əməllərə sərf eləyən, həyatı boyu pislik eləməyən bu insana qarşı biz niyə belə çirkin hərəkət eləyirik?.. Axı onlar bunu da bilməlidirlər ki, bəd əməlli adamlar həmişə nifrətlə qarşılanıb…
Elə isə Novruz müəllimə səslənirəm: “Keçmişin qarşısında baş əy, gələcək qarşısında qollarını çırmala”. Qarşıda, Allahın izni ilə, hələ neçə-neçə il var. Elə yaşamaq üçün də, işləmək üçün də. Təki sağlam ol! Sağlam ol və sağlam yaşa!..

Daşdəmir ƏJDƏROĞLU
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...
YAŞIDIMIZ,  YAXUD “OLDUĞU KİMİ GÖRÜNƏN, GÖRÜNDÜYÜ KİMİ OLAN ADAM”...

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31