Xalqımızın çoxillik arzusu – Qarabağda alovlanan Novruz tonqalı

Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tariximizin müxtəlif dönəmlərində təzyiqlərə, maneələrə məruz qalmasına baxmayaraq, bu günə qədər gəlib çatmışdır. Bu milli bayramın indi dövlət səviyyəsində qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir” .
Ulu öndərin Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı haqqında söylədiyi bu dəyərli fikirdə qədim ümumxalq təntənəsinin adət, ənənə və mərasimlər sisteminin mahiyyəti, tarixi inkişafı və çağdaş təsir gücü dəqiq və dolğun ifadə olunmuşdur. Novruz yalnız Azərbaycan xalqının deyil, türk dillərində danışan yüz milyonlarla insanın, orta şərq ölkələri əhalisinin ən möhtəşəm bayramıdır.
Novruz bayramının yaşının dünyanın, insanlığın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Bu gün hər bir azərbaycanlı sevinc və qürur hissi ilə bu gözəl Novruz bayramını qeyd edir. Ona görə ki, Ümummilli liderimiz Heydər Əliyevin də dönə- dönə qeyd etdiyi kimi, otuz ilə yaxın nankor ermənilər tərəfindən işğala məruz qalan qədim Qarabağımızda bu bayramın sevincini yaşayırıq. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımız 2020–ci il sentyabrın 27–də səfərbər olaraq doğma Qarabağımızı 44 gün ərzində mənfur düşmən əsarətindən azad etdilər. Həm xalqımızın, həm də Ulu öndərimizin arzuları çin oldu. Təsadüfi deyil ki, tarixi Zəfər qələbəsindən sonra Ali baş Komandan İlham Əliyevin azad olunmuş doğma torpaqlarımıza səfərləri və Novruz bayramını Qarabağın tacı olan Şuşada qeyd etməsi xalqımızın və dövlətimizin torpağa nə dərəcədə bağlı olmasını bir daha bütün dünyaya göstərdi.
“İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən
Bu gün belə bir xoş məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanda hər kəs tərəfindən ehtiramla yanaşılan, adı dünyada tanınan Heydər Əliyev fondu milli mədəniyyətimizin inkişafı və tanıdılması istiqamətində neçə-neçə dəyərli layihələri həyata keçirmişdir. Azərbaycan dövlətinin də tam dəstək verdiyi Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsçüsü olduğu təkliflərdən biri 2010–cu ildə öz töhfəsini vermişdir. Zaman–zaman xalqların həyat tərzindən bəhrələnərək yaratdıqları, bəzən dini, bəzən lokal milli don geydirilən bəzən imperialist məqsədli quruluşların ideoloji terrora məruz qoyduğu Novruz bu gün bəşəriyyətin qeyri maddi–mədəni irsi olaraq UNESCO tərəfindən qeydə alınmışdır. Yuxarıda qeyd etdiyimiz kimi Novruz adət, ənənə və mərasimləri türkdilli xalq və dövlətlərin həyatında məxsusi bir yerə malikdir. Konret olaraq hazırda Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Rusiya (əsasən əhalisinin əksəriyyəti türkdilli xalqlardan ibarət olan inzibati ərazi vahidləri–Tatarıstan, İnquşetiya, Qaraçay, Kabardin Balkar, Dağıstan, Çeçenistan, Tuva, Altay və s.), Tacikistan, Qırğızıstan, Moldava (qaqauzlar), Gürcüstan, Əfqanıstan, İran, Çin(uyğurlar) və s. xalqlar tərəfindən böyük təntənə ilə bir sıra ölkələrdə isə Milli bayram qismində qeyd olunur.
“Novruz bayramı ürəklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin möhkəmlənməsi, onların bir–birinə diqqət və qayğısının artırılması üçün gözəl zəmin yaradır. Yaxınların yad olunması, umum-küsülülərin, kin–küdurətlərin aradan qaldırılması cəmiyyətdə qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsirlərin süzgəcindən keçərək formalaşmış gözəl ənənələrindəndir”. Ulu öndərimizin bu fikirləri bugünkü müasir Azərbaycan cəmiyyətində sözün həqiqi mənasında öz təsdiqini tapmışdır. Dünyada baş verən qlobal hadisələrin fonunda tam əminliklə deyə bilərik ki, Azərbaycan dövlətində bütün xalqlar dinc və sülh şəraitində yaşamış və bu gün də yaşayırlar. Bu gün dünyada tolerantlığın Azərbaycan modeli var desək səhv etmərik.
Bu gün Azərbaycan otuz ilə yaxın erməni faşistləri tərəfindən işğal altında olan torpaqlarımızı azad etməsinə rəğmən yenə də qonşu dövlət olan Ermənistana qarşı sülh mesajlarını verməkdədir. Baxmayaraq ki, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımız otuz ilə yaxın işğala məruz qalsa da, infrastrukturumuz məhv edilsə də, yenə də xalqımız və dövlətimiz Ermənistanla dinc və qonşuluq şəraitində yaşamaq istəyini bildirir və inanırıq ki, tezliklə Xankəndində, Xocalıda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları da Azərbaycanın Konstitusiyasına, Qanunlarına sadiq olacaqlar və Novruz bayramını doğma Xankəndində, müqəddəs Xocalıda qeyd edəcəyik.

Həsənov Tofiq Məhəmməd oğlu
YAP fəalı, Yevlax şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktor müavini

Son xəbərlər

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31