İlham Əliyev "8 Mart" münasibətilə qadınları təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir:

"Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir.

Milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər.

Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm. Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcək".

Son xəbərlər

İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar

Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır! - FOTOLAR

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib

Tokayevin təyyarəsi Türküstan şəhərinə endi

Gökçe Bahadır ana olacaq

VAQİF VÜQAR : Mən dilinə uyuşmayan misrasıyam... - FOTO

“Yeraltı”dan ayrılır

Sabah yağış yağacaq

Serenay Türkiyəni tərk edir

Daha bir serial sevgisi gerçək oldu

QIZBƏS QƏBƏLƏ : DEMƏK Kİ ÖLMƏYİR İLAHİ SEVGİ - FOTO

Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı metropoliteninin iş rejimi DƏYİŞDİRİLƏCƏK

BŞTİ-nin tabeliyində 5 Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir

Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarıldı

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

BİZİM TƏQVİM:15 mayda baş vermiş tarixi hadisələr

Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb

“Poseydon” bu nisbəti dəyişdirəcək

Almaniya və Polşa müdafiə sazişi imzalayacaq

Tramp Çinin 200 “Boeing” təyyarəsi sifariş etməyə razı olduğunu açıqlayıb

Qazaxıstan və Türkiyə milyardlarla dollar dəyərində layihələrə başlayır

Nəsrinin serialı bu tarixdə başlayır

ABŞ Sərhəd Patrul Xidmətinin rəisi istefa verdi

Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır

Hindistanda fırtınada 100-dən çox insan öldü

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031