Milli Məclisdə ailə qanunvericiliyinə həsr olunmuş dinləmə keçirilib
Martın 3-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda dinləmə keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ailə dəyərlərinə, milli-mənəvi dəyərlərə böyük önəm verdiklərini qeyd edib, bu gün dövlətin güclü dəstəyi sayəsində ailələrimizin inkişafı üçün real imkanların yaradıldığını vurğulayıb.

Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda yaradılan qanunvericilik bazasından danışan komitə sədri zamanın tələbləri və çağırışları fonunda bu sahədə qanunvericiliyin nəzərdən keçirilməsi ehtiyacının yaranmasından bəhs edib. Cəmiyyətdə artan boşanma, ailədaxili zorakılıq hallarının statistik təhlilini aparan komitə sədri ailə üzvləri arasında ünsiyyət çətinliyinin, sosial-psixoloji gərginliyin, müasir amillərin mənfi təsirinin ailənin təməlini zəiflətməsinə diqqət çəkib.

Milli-mənəvi dəyərlərin təbliğinin və bu sahədə maarifləndirmə işlərinin artırılmasının önəmini vurğulayan Hicran Hüseynova bildirib ki, bu dəyərləri qoruyub saxlamaq çox vacibdir.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva çıxış edərək ailə institutunun təməllərinə zərbə vuran faktorlara diqqəti cəlb edib, onların qarşısının alınması yolları ilə bağlı fikirlərini açıqlayıb. O, evlənmə yaşında olan gənclər üçün xüsusi kursların təşkilini məqsədəuyğun hesab etdiyini deyib, həmçinin məişət zorakılığı cinayətləri ilə bağlı fikirlərini bölüşüb. Komitə sədrinin müavini, sadəcə, hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin bu amillərlə birgə mübarizə aparmasının önəmini vurğulayıb.

Dinləmədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nigar Arpadarai çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri ailədaxili münaqişələrin, məişət zorakılığının, erkən nikah hallarının qarşısının alınması yolları barədə danışıblar, bu kimi problemlərin həlli zamanı hüquqi müstəvidə rastlanan çatışmazlıqlara diqqət çəkiblər.

Çıxışçılar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Hikmət Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elşən Hüseynov, Səhiyyə Nazirliyinin əməkdaşı Aynurə Zeynalova, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin əməkdaşı Aygün Şahbanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Ombudsman Aparatı Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, “Ümidli gələcək” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova mövzu ilə bağlı çıxış ediblər. Çıxışçılar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan işlərdən danışıblar, bu sahənin aktual məsələləri, onların həlli ilə bağlı fikirlərini açıqlayıblar.

Müzakirələrə yekun vuran komitə sədri Hicran Hüseynova dinləmədə fəal iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, aparılan fikir mübadiləsinin faydalı olduğunu bildirib.

Tədbirdə deputat Ramin Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Son xəbərlər

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31