Hicran Hüseynova: Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdürNoyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Hicran Hüseynova həmkarını salamlayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlərin əsl qardaşlıq ruhuna dayandığını diqqətə çatdırıb. Bildirilib ki, Türkiyə 44 günlük Vətən müharibəsinə siyasi-mənəvi dəstək verərək yanımızda oldu və bütün dünyaya bu qardaşlığın həmişə davam edəcəyini göstərdi.

Həmçinin qeyd edilib ki, iki qardaş ölkə arasında bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurulub. Prezident İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri dövlətlərimiz arasındakı birliyin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır.

Hicran Hüseynova qeyd edib ki, Azərbaycan Milli Məclisi və Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq, əlaqələri uğurla inkişaf etdirirlər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür.

Daha sonra isə komitələr arasında fikir mübadiləsi aparılaraq, görülən işlər haqqında ətraflı danışılıb və gələcəkdə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə fəaliyyət istiqaməti müəyyən edilib.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31