
Xəbərlər
6.09.2019, 13:36
Bakıda yük maşını "Mercedes"i sürüyüb yolun kənarına atdı - ŞOK VİDEO

Dünən axşam saatlarında Bakının Sabunçu rayonunda yük maşını ilə minik avtomobili toqquşub.
Turaztv.az Publika.az-a istinadan xəbər verir ki, yolun sol zolağı ilə hərəkət edən ağırtonnajlı yük maşını onu sağdan ötməyə çalışan "Mercedes"i vurub. Yük maşınının bir qədər sürüdüyü avtomobil Sabunçu dairəsinin kənarındakı səkiyə çıxaraq yolun kənarına düşüb.
Hadisədən sonra "Mercedes"in sürücüsü nəqkliyyat vasitəsini tərk edərək onu vuran yük maşınının arxasıyca qaçıb.
Yol qəzasını əks etdirən videonu təqdim edirik.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












