Tərlan Bayramova: “BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı”.
Azərbaycan ötən il sentyabrın 27-də Ermənistan Ordusunun başladığı hücuma əks-həmlə əməliyyatları ilə cavab verdi. Vətən müharibəsinin 44 günü ərzində Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, keçən il noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Xatırladaq ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalmışdır. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 ildir sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı.
Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcərin infrastrukturu Ermənistan tərəfindən vandalcasına dağıdılmış və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilmişdir.
Artıq Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırmışdır. Eyni zamanda dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşdur. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin də təməli qoyulmuşdur.
Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır.
Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

51 №-li tam orta məktəbin direktoru,
Əməkdar müəllim,
Bayramova Tərlan Rüstəm qızı

Son xəbərlər

Münhendə istiyə görə fövqəladə vəziyyət - Fəvvarələr belə söndürülür

İspaniya millisi 1/8 final mərhələsinə yüksəldi

Daha iki ay həbsdə qalacaq

ABŞ onların öldürülməsindən qorxurmuş

Yaşar İbadov Azərbaycan elmini beynəlxalq müstəvidə layiqincə təmsil edir

Leyla Əliyevanın doğum günüdür

2 İYUL AZƏRBAYCAN POLİSİ GÜNÜ

Basketbol millimiz səfərdə Lüksemburqu məğlub etdi

Türkiyə avro ödəniş sisteminə keçməyi planlaşdırır

Hikmət Məlikzadə : Tütyə kişinin oğlu, tütyə insan - FOTO

İkardi ilə nişanlısı ayrılıb?

Toya onları dəvət ediblər

“Əsa” şeiri - ekoloji qəsd kimi - FOTO

Kişilər var idi, yaxşı kişilər - FOTO

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

TORPAĞA SƏCDƏ BÖYÜKLÜKDÜR - FOTOLAR

Növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir

Məşhur şaman dünya çempionunun adını açıqladı

Kallasın şöbəsinin yüzlərlə işçisi stressdən əziyyət çəkir

İtkin düşmüş şəxslərlə bağlı Onlayn Sorğu Mərkəzi istifadəyə verildi

Niyə insanlar eyni kitabları yenidən oxuyurlar? Psixoloqların CAVABI

İyulun 12-də imtahan verəcək abituriyentlərin nəzərinə

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031