Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunubMüzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şanlı ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİHB-nin müavinləri, şöbə müdirləri şəhid ailələri və qazilər, şəhidlərin doğmaları və yaxınları iştirak ediblər.

Anım günü münasibətilə şəhidlərin Binə-Sovxoz Şəhidlər xiyabanındakı məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi, ruhları böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev şəhid qardaşların ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək səbir diləyib və Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatı bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Vətən üçün belə gərəkli övladlar böyütdüklərinə görə bir daha şəhidlərin valideynlərinə təşəkkür edib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin də hər zaman dövlət qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olublar.

Onlar ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.

Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub
Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub
Şəhidlərimiz İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub

Son xəbərlər

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31