
Hərbi Qənimət Parkına onlayn ekskursiya xocavəndli məktəblilərə qürurverici hisslər yaşadıb
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ərəfəsində Hərbi Qənimətlər Parkına onlayn ekskursiyalar təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti onlayn ekskursiyada Xocavənd rayon Muğanlı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva əvvəlcə Ulu Öndərin Ağcabədiyə səfərləri haqqında məlumat verib.
Məktəblilər onlayn ekskursiya zamanı Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən tankları, döyüş maşınlarını, artilleriya qurğularını, zenit-raket komplekslərini, atıcı silahları, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarını izləyiblər.
Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.



Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











