
Çavuşoğlu nöqtəni qoydu: “Bu qərarı Azərbaycanla birlikdə verəcəyik”
“Türkiyə Ermənistanla bağlı bütün qərarları Azərbaycanla birlikdə verəcək”.
Turaztv.az Kanal.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması ilə bağlı İrəvandan müsbət siqnalın olub-olmaması ilə bağlı sualı belə cavablandırıb:
“Bu məsələlərlə bağlı Azərbaycanla birgə məsləhətləşmələr aparırıq. Ermənistandan müsbət mesajlar gəldi. Biz də Ermənistanın atacağı müsbət addımlara cavab verəcəyimizi bildirdik. Azərbaycanla birlikdə hansı addımları ata biləcəyimizi də müzakirə edirik”.
Çavuşoğlu həmçinin Azərbaycanın Ermənistanı “müharibə bitdi, sülh müqaviləsi imzalayaq” çağırışı etdiyini, amma Ermənistanın heç bir müsbət reaksiya vermədiyini bildirərək, Türkiyənin bütün qərarları Azərbaycanla birlikdə verəcəyini deyib. / Teleqraf
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












