Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələri elan olunub15 oktyabr Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin onlayn görüşü keçirilib.

Azərbaycan Memarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, il ötdükcə müsabiqənin coğrafiyası daha çox ölkəni əhatə edir. Bu il müsabiqəyə dünyanın 38 ölkəsindən 193 müraciət daxil olub: Azərbaycan, Argentina, Əfqanıstan, Başqırdıstan, Belarus, Vyetnam, Gürcüstan, Misir, Hindistan, İordaniya, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Meksika, Pakistan, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Suriya, ABŞ, Tacikistan, Türkiyə, Uqanda, Özbəkistan, Ukrayna, Uruqvay, Fransa, Şri Lanka, Cənubi Afrika və Yaponiya.

Müsabiqəyə təqdim olunan layihələri müzakirə edən münsiflər heyəti açıq səsvermə yolu ilə 7 nominasiya üzrə qalibləri müəyyən ediblər:

A – “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” üzrə:

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Vyetnam təmsilçisinə “Bó Mon Preschool” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Çin təmsilçisinə “Yunzhai Community Center” layihəsinə görə;

III yer – 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Vyetnam təmsilçisinə “The Straw” layihəsinə görə.

B – “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”:

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Meksika təmsilçisinə “Casa en el Bosque” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Misir təmsilçisinə “Al-Qurainah Farm Huse” layihəsinə görə;

III yer – 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Vyetnam təmsilçisinə “Villa Tan Dinh” layihəsinə görə.

C – Həyata keçirilmiş ən yaxşı interyer”;

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Rumıniya təmsilçisinə “Students` Canteen” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla İspaniya təmsilçisinə “Dental Clinic in Los Remedios” layihəsinə görə;

III yer – 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Portuqaliya təmsilçisinə “Apartment Alfornelos” layihəsinə görə.

D – “Həyata keçirilməmiş ən yaxşı layihə:

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Polşa təmsilçisinə “Designers’ Hub – a green alternative to office building” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Misir təmsilçisinə “The Gardens of Samarra” layihəsinə görə;

III yer – 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Malaziya təmsilçisinə “Merdeka Mosque, Kuala Lumpur, Malaysıa” layihəsinə görə.

E – “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”;

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok İtaliya təmsilçisinə “Casa Riga con Agriturismo” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Vyetnam təmsilçisinə “Revıtalızıng Mao Khe Mınıng Park” layihəsinə görə;

III yer - 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Azərbaycan təmsilçisinə – “Khan’s Garden” layihəsinə görə.

F – “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”:

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Portuqaliya təmsilçisinə “Marques Da Sılva House” layihəsinə görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Meksika “Mar Mediterráneo 34” layihəsinə görə;

III yer-1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Hindistan təmsilçisinə “Baradari, City Palace Jaipur, Rajasthan, India” layihəsinə görə.

G – “Memarlıq sahəsində ən yaxşı nəşr” layihəsi:

I yer – 4000 AZN pul mükafatı, birinci dərəcəli diplom və simvolik kubok Azərbaycan təmsilçisinə - “Mebel və onun interyerdə optimal təşkilat prinsipləri” kitabına görə;

II yer – 2500 AZN pul mükafatı və ikinci dərəcəli diplomla Malaziya təmsilçisinə “Masjid – Selected Mosque and Musollas in Malaysia” kitabına görə;

III yer – 1000 AZN pul mükafatı və üçüncü dərəcəli diplomla Rusiya təmsilçisinə “Urban architecture. Essays of trends” kitabına görə.

Qeyd olunub ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən müsabiqə layihələrinin qiymətləndirilməsi üçün peşəkar və obyektiv münsiflər heyəti təyin edilib: münsiflər heyətinin sədri – BMİ-nin keçmiş prezidenti Esa Mohammed (Malayziya) və üzvləri: İn-Suok Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kvan (Qonq Konq) və Elbay Qasımzadə (Azərbaycan).
Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələri elan olunub
Beşinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin nəticələri elan olunub

Son xəbərlər

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31