
Xəbərlər
26.09.2021, 22:31
Almaniya bundestaqına seçkilər: Ekzitpolun ilk məlumatları açıqlanıb
Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpol məlumatlarına görə, Almaniya mühafizəkarlar partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.
Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







