
Xəbərlər
20.09.2021, 01:40
“Hou Yifan Challenge”: Günay Məmmədzadə növbəti 4 turda iştirak edib
Dünyanın istedadlı gənc şahmatçılarının iştirakı ilə keçirilən "Hou Yifan Challenge" adlı turnirdə daha dörd turun oyunları baş tutub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə dörd oyundan yalnız birində heç-heçə edib. Şahmatçı digər qarşılaşmalarda isə məğlub olub. Təmsilçimiz ötən 9 turda əldə etdiyi 1,5 xalla 16-cı pillədə yer alır.
Qeyd edək ki, yarışda iki komandanın - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










