Enerji içkiləri bazarında haqsız rəqabət halları ilə əlaqədar qərarlar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərə dair yekun qərarlar qəbul edilib.

Turaztv.az xəbər verir ki, işlərə baxılması zamanı “AVRORA” MMC-nin “BİZON energy”, “BERG ENERGY” MMC-nin eyni adlı məhsulu, “A+CO” ASC-nin “FULL energy”, “NPG Azərbaycan” MMC-nin “PIT BULL” adlı alkoqolsuz içkilərin markalanmasında həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatlar təqdim etməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub. Bununla yanaşı, “PIT BULL” alkoqolsuz içkisinin qablaşdırılmasında "Veysəloğlu" MMC-nin adından qanunsuz istifadə halları aşkarlanıb. Qərarlara əsasən, “BERG ENERGY” MMC, “AVRORA” MMC, “A+CO” ASC və “NPG Azərbaycan” MMC-lərə qarşı müvafiq məsuliyyət tədbirləri barədə qərarlar qəbul edilərək pozuntuların aradan qaldırması barədə göstərişlər verilib.

Qeyd edək ki, bir neçə alkoqolsuz içkinin tərkibi ilə əlaqədar laborator müayinələrin nəticələri Dövlət Xidməti tərəfindən bütövlükdə enerji içkiləri bazarında haqsız rəqabət hallarına dair geniş araşdırmalara səbəb oldu.

Məlumat üçün bildirək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və (və ya) antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlakçıları çaşdırmaqla bazarda haqsız rəqabətə yol verilməsi hallarının qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kompleks tədbirləri davam etdirir.

Son xəbərlər

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031