
Xəbərlər
29.08.2021, 23:32
Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar
Azərbaycanı təmsil edən tankçılar “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqənin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.
Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












