“Ədliyyə xidmətləri: Qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda onlayn brifinq keçirilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən onlardan məsafədən yararlanması imkanlarının genişləndirilməsi, bu məqsədlə innovativ həllərin tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 11-də Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində təşkil edilmiş onlayn brifinqdə əhalinin tez-tez müraciət etdiyi qeydiyyat və notariat xidmətlərinin inkişafı sahəsində görülmüş işlər ictimaiyyətin diqqətinə çatdırılıb.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin cəmiyyətdəki rolu barədə söz açan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Ədliyyə Nazirliyinin informasiya sistemlərinin digər qurumların informasiya resursları ilə inteqrasiyası nəticəsində doğum və ölüm faktlarının avtomatlaşdırılmış qaydada, vətəndaşın müraciəti gözlənilmədən qeydə alınması imkanları barədə məlumat verib. Bildirilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının ötən ilin sentyabr ayında imzaladığı Fərmanından irəli gələrək uzaq kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi təmin edilib.

Eyni zamanda, respublikanın xaricdəki konsulluqlarının nazirliyin informasiya resurslarına qoşulması nəticəsində ədliyyə xidmətlərindən ölkə hüdudlarından kənarda da yararlanmaq imkanı yaradılıb.

Qeyd olunub ki, doğumu qeydə alınmayan uşaqların valideynlərinin maarifləndirilməsi məsələləri daim Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir və aparılan təşviqat tədbirləri nəticəsində doğum faktlarının qeydiyyatı təmin edilir.

Notariat sahəsində aparılmış islahatlardan danışan Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov notariat hərəkətlərinin keçən illə müqayisədə 22 faiz artdığını bildirib. Vurğulanıb ki, notariat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən həm qanunvericilik, həm institusional, o cümlədən informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqini nəzərdə tutan tədbirlər həyata keçirilir. “Elektron notariat” informasiya sisteminə yerli icra hakimiyyəti nümayəndəliklərinin qoşulması fermerlərin istifadəsinə kənd təsərrüfatı təyinatlı torpaqların verilməsi işini xeyli sürətləndirib.

Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov notariatın rəqəmsal transformasiyası çərçivəsində mobil tətbiqlər üzərindən əhaliyə təqdim olunan yeni xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, 120 minə yaxın istifadəçisi olan “Mobil notariat” tətbiqində müxtəlif növ etibarnamələrin verilməsi və onların ləğv edilməsinin, uşaqların ölkədən getməsinə dair valideynlərin, habelə əmlaka sərəncam verilməsi, yaşayış yeri üzrə qeydiyyata alınması barədə mülkiyyətçilərin razılıq ərizələrinin videoyazı vasitəsilə rəsmiləşdirilməsi xidmətləri təşkil edilib və bu tətbiq üzərindən aparılan notariat hərəkətlərinin gündəlik sayı 400-ü keçib. Həmçinin yaxın zamanda uşaqların pasport almasına dair valideynlərin razılıqları, habelə səyyar notariat xidmətlərin sifarişi kimi yeni xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Brifinqdə notariatın rəqəmsallaşmasının ölkədə həyata keçirilən sosial əhəmiyyətli proqramların operativliyində əhəmiyyəti qeyd olunaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların 7600-dən artıq vərəsəsinə qısa müddətdə təqdim edilmiş vərəsəlik şəhadətnamələri əsasında şəhid ailə üzvlərinə sosial ödəmələrin vaxtında verilməsinin təmin edildiyi vurğulanıb.

Vətəndaş cəmiyyəti institutlarından olan qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı barədə məlumat verən Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəhbəri Aslan Hacıyev bu təşkilatların fəaliyyəti üçün daha əlverişli mühitin formalaşdırılması və ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yeni versiyasının hazırlanaraq sınaq rejimində istifadəyə verildiyini qeyd edib.

Məlumat verilib ki, sistemdə təşkil olunmuş yeni elektron xidmətlər təşkilatların təsis sənədlərində edilmiş, habelə qeydiyyata alınmış reyestr məlumatlarının dəyişdirilməsi faktlarının dövlət qeydiyyatı, həmçinin maliyyə vəsaitlərinin ayrılmasına dair sənədlərin elektron qaydada nazirliyə təqdim edilməsini və qeydiyyat barədə sənədlərin elektron qaydada əldə olunmasını mümkün edir.

Bildirilib ki, hazırda qeydiyyata alınmış qeyri-kommersiya qurumlarının sayı 4766-ya, mətbu nəşrlərin sayı 5382-yə çatıb.

Nazirliyin rəsmi feysbuk səhifəsində canlı yayımlanan onlayn tədbirdə, həmçinin sosial şəbəkə istifadəçilərini maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31