
Xəbərlər
28.07.2021, 00:14
Gəncədə iki nəfəri ildırım vurdu
Gəncə şəhərində 2 nəfəri ildırım vurub.
"Turaztv.az" "Report"a istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Daha bir hadisə isə Cavad Xan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub və adıçəkilən şəxs komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












