Azərbaycanda "TikTok" QADAĞASI - Proqram BAĞLANA BİLƏR

Son zamanlar "TikTok" adını tez-tez eşidirik.

Dünyada milyonlarla istifadəçiyə çatan "TikTok" artıq yeni dövrün fenomen platformasına çevrilib. Platformada qeyri-qanuni əməllər - narkotika və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə proqram qadağan olunub. Cəmiyyətimizdə "TikTok" proqramına münasibət birmənalı deyil. Maraqlıdır ki, qeyri-qanuni əməlləri təbliğ edən bu proqram Azərbaycanda da qadağan oluna bilərmi?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirib ki, proqramın qadağan olunması üçün məhkəməyə müraciət etmək lazımdır:

"Ölkəmizdə internetdən istifadə çox azaddır. İnsanlar istədikləri saytlardan rahat şəkildə istifadə edə bilirlər. Əvvəllər saytı yaradan şəxslər kontenti formalaşdırırdısa, indiki zamanda bu kontenti istifadəçinin özü formalaşdırır. Bu baxımdan, "TikTok"da da kontenti formalaşdıran məhz istifadəçilərdir. Onların qarşısını almaq üçün saytın adminstratoru müvafiq addımlar atmalıdır. Proqramın bütünlüklə qadağan olunması üçün məhkəməyə müraciət edilməlidir. Müraciətdən sonra məhkəmənin qərarına uyğun proqramın İP-ləri blok oluna və ölkədə girişinə qadağa qoyula bilər".

Vəkil Səməd Vəkilov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, ölkədə "TikTok"un qadağan olunması mümkündür:

"Pornoqrafiya və psixiatrik maddələrin təbliği qanunla qadağandır, bununla bağlı müəyyən cəzalar nəzərdə tutulub. Mübarizə üsullarından biri də qanunsuz fəaliyyəti yayan sosial şəbəkələrin girişinə qadağan tətbiq olunmasıdır. "TikTok" kimi proqramlarda bu cür videoların yayımlanmasında məqsəd böyük auditoriyaya sahib olmaqdır. Bu təbliğat genişlənərsə, "TikTok" proqramı ölkə miqyasında qadağan oluna bilər. Bunun üçün Dövlət Təhlükəsizlik Xidməbtinin (DTX) imkanları var".

Qeyd edək ki, "TikTok" 2016-cı ildə Çin şirkəti "ByteDance" tərəfindən hazırlanıb. Dünyada onun istifadəçilərinin sayı 500 milyonu ötür. Platformanın istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir. Bu proqram Hindistanda qadağan edilib, ABŞ isə uşaqların müdafiəsi ilə bağlı qaydaları pozduğuna görə 5,7 milyon dollar cərimələyib.

Son xəbərlər

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib

Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031