Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Bu xidmətlər PULSUZ OLACAQ - 1 APRELDƏNAzərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.



"Turaztv.az" azsabah.com-a istinadən xəbər verir ki, bu günə qədər tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.
İcbari tibbi sığorta vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində aprelin 1-dən tətbiq olunacaq icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:
Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
Uroloqun müayinəsi USM ilə
Ginekoloqun müayinəsi USM ilə
Göz yaşı kanalının açılması, uşaqlarda
Doğuşa əllə yardım - Normal doğuş
Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
Epilepsiya əməliyyatı materialı müayinəsi
Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
Qaraciyər koması ilə ağırlaşan A hepatiti
Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
Fəqərə sınığının bərpası (osteosintez)
İnsulindən asılı şəkərli diabet, koma ilə
Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
Sünnət
Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
Uşaqlıq, gənclik və presenil katarakta

Qeyd edək ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin tam siyahısına BURADAN baxa bilərsiniz.

Son xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31