Putin belə CƏZALANDIRILACAQ - ELAN EDİLDİRusiya Trampın, İransa Baydenin lehinə “saxtakarlıq edibmiş”

ABŞ Prezidenti Co Baydenin “ABC News”-a verdiyi müsahibədə Vladimir Putinin ünvanına səsləndirdiyi ittihamlar bütün dünyada böyük əks-səda doğurub. Jurnalistin “Putini qatil hesab edirsinizmi” sualına “hə” deyə cavab verən Bayden Rusiya Prezidentini həm də ABŞ-dakı son prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb.

"Turaztv.az" “AzPolitika.info”-ya istinadən xəbər verir ki, Bayden Putinlə telefon danışığından söz açarkən, Rusiya Prezidentini cəzalandıracağına dair xəbərdarlıq etdiyini də bildirib: “Bizim uzun söhbətimiz oldu. Mən onu nisbətən yaxşı tanıyıram. Ona dedim ki, mən sizi, siz də məni tanıyırsınız. Əgər müəyyən etsəm ki, bu baş verib, onda hazır olun”.

Bayden “bu baş verib” deyərkən, Rusiyanın ABŞ-dakı son seçkiyə müdaxiləsini və ondan sonra baş verən qarşıdurmalarda Moskvanın rolunu nəzərdə tutub. Ancaq Rusiyanı buna görə necə cəzalandıracağına dair ABŞ Prezidenti heç nə deməyib.

Qeyd edək ki, ABŞ kəşfiyyatı martın 16-da açıqladığı hesabatda Rusiya və İranın prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb. Rəsmi Vaşinqton Putini Donald Trampın hakimiyyətdə qalması, İranı isə Baydenin hakimiyyətə gəlməsi üçün seçkiyə müdaxilələr etdiyi qənaətindədir. Həmçinin, Rusiya Baydeni gözdən salmağa və ABŞ cəmiyyətində qarşıdurma yaratmağa çalışmaqda günahlandırır.


Bu ittihamların nəyə hesablandığı və hansı nəticələr verəcəyi hələ ki, bilinməsə də, yaxın günlərdə Rusiyaya qarşı xüsusilə iqtisadi müstəvidə sərt addımlar atılacağı şübhə doğurmur. Artıq Rusiya rublunun ucuzlaşmağa başlaması da bunun göstəricisi sayıla bilər.

Son xəbərlər

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031