Rövşən Əkbərovun həbsi ilə bağlı - Rəsmi açıqlama


Baş Prokurorluq Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı geniş açıqlama yayıb.

Qurumdan Turaztv.az a daxil olan məlumatda qeyd edilir ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib:

"Həmin cinayət işi üzrə Azərbaycan Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bu qəbildən olan məlumatların həssaslığını nəzərə alaraq, kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş informasiyalara istinad edilməməsini xahiş edir.

Son xəbərlər

PÜSTƏ RƏVAN : BÜTÜN ANALARA İTHAF EDİRƏM - FOTO

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirildi - FOTO

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi

Nazir hesabat verdi

“2,5 il diaqnoz qoyulmayan xəstəliklə mübarizə apardım”

QƏZƏNFƏR MƏSİMOĞLU : Tələbəlik illərində yaşadığımız maraqlı anlar - FOTO

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

“Prada”nın yeni “podium”u Ay oldu - Fotolar

DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər

Tramp: Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb

Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930