Torpaq, yoxsa ünvanlı sosial yardım – Dolaşıq məsələ


21 oktyabr 2005-ci ildə Azərbaycan Milli Məclisi aztəminatlı ailələrə dövlətdən maddi yardımın verilməsini nəzərdə tutan “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun qəbul etdi. Bu qanuna görə, maddi yardımın verilməsinə dair qərarlar Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən qəbul edilir.

Bu yaxınlarda DSMF Yardımlı rayon sakini, I qrup əlil İlkin Qaraşova ünvanlı dövlət sosial yardımı (ÜDSY) verməkdən imtina etdi. İmtina səbəbi İlkin Qaraşovun bir torpaq sahəsinə sahib olmasıdır.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, dövlətdən yardımı - orta aylıq gəliri özlərindən asılı olmayan səbəbdən hər bir ailə üzvü üçün ehtiyac meyarından az olan aztəminatlı ailələr ala bilər. Bu qanunda torpaq sahəsinə sahib olan şəxslərin ÜDSY üçün müraciət edə bilməməsi barədə bir şey deyilmir.

DSMF-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdilinin AYNA-ya dediyinə görə, ÜDSY alacağını gözləyən ölkə vətəndaşları qurumun şöbələrinə elektron formada müraciət etməlidirlər: “Vətəndaş Fondumuza elektron formada müraciət etdikdən sonra gəlirlərinin ünvanlı yardım almaq meyarlarına cavab verib-vermədiyini yoxlayırıq. Qeyd etmək istərdim ki, torpaq mülkiyyəti vətəndaşı ünvanlı sosial yardım almaq hüququndan qətiyyən məhrum etmir. Ancaq torpaq sahəsinin sahibi əmlakını qeydiyyatdan keçirməlidir”.

Əlil Qadınlar İctimai Birliyinin sədri Məhluqə Rəhimli isə Rəşad Mehdilinin açıqlamaları ilə razı deyil. O, AYNA-ya açıqlamasında bildirib ki, torpaq sahəsinə sahib olmaq vətəndaşı ÜDSY almaq imkanlarından məhrum edir: “Artıq belə faktlarla çox qarşılaşmışıq. Bu məsələ ilə bağlı Milli Məclisə müraciət etməyə hazırlaşırıq”.

İctimai Birlik rəhbərinin fikrincə, əlilin yalnız bir torpaq sahəsinə sahib olması səbəbindən ünvanlı sosial yardımdan imtina edilməsi çox ciddi faktdır: “Çünki bu torpaq sahəsinin, ümumiyyətlə bu əlil tərəfindən istifadə edildiyi və onun üçün gəlir mənbəyi olduğu yoxlanılmır belə. Ancaq əlil bir insanın davamlı olaraq dərman alması lazımdır və adi sağlam insanlardan daha yaxşı qidalanması lazımdır”.

Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova da əməkdaşımızla söhbətində qeyd edib ki, torpaq sahəsinə sahib olan əlillər ÜDSY almaq imkanından məhrumdurlar: “Bunun səhv olduğunu düşünürəm. Hər bir konkret qərar üçün əvvəlcə bu torpağın əlil bir şəxs üçün gəlir mənbəyi olub-olmadığını öyrənməlisiniz və yalnız bundan sonra imtina barədə qərar verməlisiniz”.

Son xəbərlər

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İran hava məkanını açır

Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib

Lənkəranda torpaq sürüşdü - Ulum çayına töküldü-Foto

Zəhərlənən qadın 15 gün sonra öldü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər

Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...

Hisslərimizi cilovlaya bilməyəndə...

Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

“Yeraltı”nın yayımı dayandırılır?

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

Başlıbel qətliamından 33 il ötür

Heç zaman bükülməz biləyim,Dağlar! - FOTO

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930