"Pandemiya bitməyə doğru gedir" - ProfessorTibb elmləri doktoru, professor İbadulla Ağayev teleqraf.com-un suallarını cavablandırıb.

Milli.Az müsahibəni təqdim edir.

- İbadulla müəllim, ölkədə COVID-19-a yoluxma sayı artmaqdadır. Pandemiyanın gedişatı ilə bağlı fikirləriniz necədir?

- Dövlət bütün tədbirləri görür. Azərbaycanda tətbiq olunan əks-epidemik tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən digər ölkələrə nümunə göstərilib. İlk gündən apardığımız əks-epidemik tədbirlər nəticə verib. Bəli, yoluxma artıb-azalır. Buna səbəb əhalinin qaydalara tam riayət etməməsidir.

Dəfələrlə deyilməsinə baxmayaraq, yenə də maskasız küçədə gəzənlər var. İctimai nəqliyyatda biri maskanı düzgün taxırsa, digər çənəsinə çəkir. Söz də demək olmur, deyən kimi hücuma başlayırlar. Burada yeganə çıxış yolu insanın özünün-özünü qorumasıdır.

- Üçüncü dalğa kimi gözləntiniz varmı?

- Pandemiya bitməyə doğru gedir. Düşünürəm ki, bununla da pandemiya bitəcək. Pandemiyalarda dövrülük var. Bu pandemiya da öz-özünə sönüb getməlidir. Bu isə insanların qaydalara nə dərəcə riayət etməsindən asılıdır. Hava isinməyə başlayır, yay fəsli gəlir. Epidemiploq kimi düşünürəm ki, ölkəmiz üçüncü dalğadan kənar qalacaq.

- Vaksinasiya 3 aya yaxındır davam edir. Prosesi necə qiymətləndirirsiniz?

- Dövlət əhalinin vaksinasiyasına külli miqdarda məbləğ ayırıb. Bəziləri şayiələr səsləndirirlər. İstifadə olunan hər bir vaksin yoxlanışdan keçirilir. O cümlədən COVID-19-a qarşı vaksinlər sınaqlardan keçirildikdən sonra əhaliyə tətbiq olunur. Hazırda əhalinin müəyyən qrupu yayılan söz-söhbətlərə inanaraq vaksindən imtina edir.

Əgər vaksin olmasaydı, insanlar xəstəliklərdən sağ çıxmazdı. Yaşlı nəslin nümayəndələrinə baxsanız, hər birində vaksinin izi qalıb. Bu gün də poliklinikalarımız, sahə həkimlərimiz anadan olan uşaqlara doğum evindən başlayaraq peyvənd edirlər.

Mənim bir fikrim var, hər kəs öz sağlamlığını qoruyursa, o, özünün həkimidir. Vətən müharibəsi zəfərimizdən sonra bir müddət qaydalara riayət etməklə pandemiyaya qalib gələ bilərik. Dəfələrlə deyildi ki, azad olunan ərazilərə qanun çərçivəsində, icazə verildiyi halda gedilsin. Amma insanlar qanunsuz halda gedib, minaya düşürlər. Bu da eynidir, yaşamaq istəyən vaksini vurdursun.

- Siz vaksin vurdurmusunuzmu?

- Mən 18 yanvarda birinci doza vaksini, 21 fevralda isə ikinci doza vaksini vurdurmuşam. Özümü əla hiss edirəm. Heç bir əks-əlamət olmadı. Əks-təsirlər haqqında danışanlar vaksin vurdurmayanlardır. Mənim bütün ailə üzvlərim peyvənd olunub, hər birimiz özümüzü yaxşı hiss edirik.

Bundan artıq dövlət nə etsin? Əhalidə xof yaratmasınlar, mütəxəssis deyəndən sonra hərəkət etsinlər.

- Peyvənd olunan şəxslərə dünya ölkələrində vaksin pasportu verilir. Bunun nə kimi əhəmiyyəti var?

- Xaricə gedəndə vaksin pasportu olmadığı halda bizi qəbul etməyəcəklər. Qanunsuz yolla xaricə gedən pasportsuz şəxs aşkarlananda karantinə alınacaq. Belə halların qarşısını almaq üçün vaksin pasportunun verilməsi vacibdir. Peyvənd olunduğum üçün hazırda mənim bunu təsdiq edən sertifikatım var.

Milli.Az

Son xəbərlər

Bu gün imtahan var

Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb

Yumurta min bir dərdin dərmanıdır

“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satılıb

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

Avropada inflyasiya sürətlənib

VAQİF VÜQAR : GÜVƏN SEVDİYİM - FOTO

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930