Sevil Əliyeva Vaqif Mustafayevin işdən niyə çıxarıldığını açıqladıÖtən gün Azərbaycan KİV-i 2006-cı ildən Space telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.

Virtualaz.org telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.

Hər şeydən əvvəl, Sevil xanım Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirdi. Qeyd etdi ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.

"Məsələ ondadır ki, Space-in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.

Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin Space rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz", - deyə Sevil xanım bəzi məqamlara aydınlıq gətirib.

Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır.

"Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq brak edildi. Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi. Ümidvaram ki, indi - ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət nəhayət, bu əsərlə tanış olacaq. Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”, - deyə S.Əliveva vurğulayıb.

Space kanalının rəhbəri vəzifəsinə hansısa namizədin olub-olmadığı barədə suala cavabında telekanalın qurucusu bildirib ki, elə şəxs artıq tapılıb və tezliklə kanalın kollektivinə və ictimaiyyətə təqdim olunacaq.

Son xəbərlər

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031