Azərbaycanın XİN rəhbəri ATƏT-in sədri ilə bölgədəki mövcud vəziyyəti müzakirə edib
Avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov ilə Şimali Makedoniyanın xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd-keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.

Ceyhun Bayramov Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət”, “blokada” kimi iddialar irəli sürməsinin heç bir əsasının olmadığını, erməni sakinlərin tələbatlarının ödənməsi üçün tərəfimizdən təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsinin də məsələnin Ermənistanın təqdim etdiyi kimi humanitar xarakterli deyil, siyasi olduğunu nümayiş etdirdiyini diqqətə çatdırıb.

Ermənistanın 30 ilə yaxın hərbi işğalının, postmünaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd-buraxılış məntəqəsinin əhəmiyyəti nazir C.Bayramov tərəfindən qeyd olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Merz: Almaniyanı “sıfırdan yeniləmək” lazımdır

Almanların əksəriyyəti uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağasını istəyir

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

ABŞ-da universitet ərazisində atışma baş verib

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib - FOTOLAR

Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ

Kir Starmer və Ursula fon der Lyayen Rusiya aktivlərindən istifadəni müzakirə ediblər

Zelenski yaxın günlərdə ABŞ və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçiriləcəyini açıqlayıb

Kamboca-Tailand sərhədi bağlandı

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

La Liqa: “Barselona” doğma meydanda sevinib

Tamilla Rəhimova vəfat etdi – FOTOLAR

Moskva yaxınlığında təyyarə qəzaya uğradı

Suriyada ABŞ hərbçilərinə silahlı hücum - Ölənlər var

“Yaddan çıxan” yaradıcılarımız - FOTO

Səidə Haqverdiyeva vəzifəsindən azad olundu

Azərbaycan “Uşaq Avroviziyası”nda 15-ci oldu - Fotolar

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xəzər dənizində zəlzələ oldu

“Paltardəyişmə otağında dedim ki, bu, utancvericidir”

Yanğında anasını itirən Ləman palataya köçürüldü

Səsləri onların qızı elan edəcək - Foto

İmtahana gizli kamera ilə girənlərin aqibəti necə olub?

Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb

6 uşaq anasını həyata qaytaran həmin həkim - Foto

“Qurban Qurbanovdan incimişəm, zəng etsin, səsini eşidim”

MƏN HEÇ KİMDƏN YARIMADIM - FOTO

Bütün xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031