Xəbərlər
12.12.2025, 18:10
Bir həyat eşqiylə qəlbi vururdu... - FOTO
QIZBƏS QƏBƏLƏ
şair-publisist
şair-publisist
ALEKSANDR KALYANİNOV
( Dekabrın 11 - i qəhrəman pilot Aleksandr Kalyaninovun doğum günüdür)
Sükuta qərq olub dayanmışam mən,
Bir gözəl oğlanın şəkli önündə...
Titrəyir kədərlə əlimdə qələm,
Ağrıyır ürəyi sanki onunda...
Təbəssüm üzündə, sevinc gözündə,
Gənclik eşqi ilə coşan bir cavan.
Necə bir hünəri tapdı özündə,
Görəsən nə duyub, düşündü o an?
Təsəvvür etməyə ürpənir insan,
İlahi, o necə müdhiş qəzaydı ?
Yanıb, külə döndü, neçə - neçə can,
Fələk necə oldu, onlara qıydı ?
Arzuları vardı hələ nə qədər,
Nə qədər şirincə xəyal qururdu.
Getdi Alyoşanın ömrü də hədər,
Bir həyat eşqiylə qəlbi vururdu...
Bir gözəl oğlanın şəkli önündə...
Titrəyir kədərlə əlimdə qələm,
Ağrıyır ürəyi sanki onunda...
Təbəssüm üzündə, sevinc gözündə,
Gənclik eşqi ilə coşan bir cavan.
Necə bir hünəri tapdı özündə,
Görəsən nə duyub, düşündü o an?
Təsəvvür etməyə ürpənir insan,
İlahi, o necə müdhiş qəzaydı ?
Yanıb, külə döndü, neçə - neçə can,
Fələk necə oldu, onlara qıydı ?
Arzuları vardı hələ nə qədər,
Nə qədər şirincə xəyal qururdu.
Getdi Alyoşanın ömrü də hədər,
Bir həyat eşqiylə qəlbi vururdu...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






