La Liqa: “Barselona” doğma meydanda sevinib
İspaniya La Liqasında XVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Barselona” doğma meydanda “Osasuna” ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda Kataloniya klubu 43 xalla turnir cədvəlinə başçılıq edir.