
Xəbərlər
6.12.2025, 17:04
TƏZƏ ŞEİRİM - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZİ
Təzə ayaqqabım, təzə donumdu,
İlkinim, əzəlim, bəlli sonumdu,
Ən xoşbəxt, şehirli ömür anımdı,
Təzə şeirim...
Özünü yetirir soraqlarıma,
Ovxardı, nizamdı yaraqlarıma,
Ətirtək yayılır varaqlarıma,
Təzə şeirim..
Əynimə geyirəm libas yerinə,
Məclisə səpirəm şabaş yerinə,
Əsgərtək yeriyir savaş yerinə,
Təzə şeirim..
Bəndində vətənin qələbə səsi,
Döyüşən ordumun odlu nəfəsi,
Üzeyir avazı, Xan əmi pəsi,
Təzə şeirim..
Demə ki, adicə quru nəfəsdi,
Məni ovsunlayan sirli qəfəsdi,
Aldığım havadı, canlı nəfəsdi,
Təzə şeirim..
Hər vaxt arzulanan yeni diləkdi,
Səməndər quşudu, yanar lələkdi,
İlahi vergisi, möcüz bələkdi,
Təzə şeirim..
Hərdən ilhamlanıb cuşa, gedirik,
Yəqin ki, gəlirik xoşa, gedirik,
Doğulan günündən qoşa gedirik,
Təzə şeirim .
Əzizə, sözünə, sətrinə oxşar,
Əziz xələf olan xətrinə oxşar,
Yağışdan qoruyan çətrinə oxşar,
Təzə şeirim..
Təzə şeirim..
İlkinim, əzəlim, bəlli sonumdu,
Ən xoşbəxt, şehirli ömür anımdı,
Təzə şeirim...
Özünü yetirir soraqlarıma,
Ovxardı, nizamdı yaraqlarıma,
Ətirtək yayılır varaqlarıma,
Təzə şeirim..
Əynimə geyirəm libas yerinə,
Məclisə səpirəm şabaş yerinə,
Əsgərtək yeriyir savaş yerinə,
Təzə şeirim..
Bəndində vətənin qələbə səsi,
Döyüşən ordumun odlu nəfəsi,
Üzeyir avazı, Xan əmi pəsi,
Təzə şeirim..
Demə ki, adicə quru nəfəsdi,
Məni ovsunlayan sirli qəfəsdi,
Aldığım havadı, canlı nəfəsdi,
Təzə şeirim..
Hər vaxt arzulanan yeni diləkdi,
Səməndər quşudu, yanar lələkdi,
İlahi vergisi, möcüz bələkdi,
Təzə şeirim..
Hərdən ilhamlanıb cuşa, gedirik,
Yəqin ki, gəlirik xoşa, gedirik,
Doğulan günündən qoşa gedirik,
Təzə şeirim .
Əzizə, sözünə, sətrinə oxşar,
Əziz xələf olan xətrinə oxşar,
Yağışdan qoruyan çətrinə oxşar,
Təzə şeirim..
Təzə şeirim..
05.12.2025
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












