Xəbərlər
14.12.2025, 05:01
Almanların əksəriyyəti uşaqlar üçün sosial şəbəkələrdən istifadənin qadağasını istəyir
Almaniya əhalisinin əksəriyyəti 16 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasının tərəfdarıdır.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, bu məlumat Bild qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilən sorğunun nəticələrində əksini tapıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 60 faizi Avstraliya nümunəsində olduğu kimi 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsini dəstəkləyir.
İştirakçıların 24 faizi bu fikrə qarşı çıxıb. Daha 16 faiz isə mövzuya biganə qaldığını bildirib və ya suala cavab verməkdə çətinlik çəkib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay