“Ağyoxuş” yatağının işlənməsi üzrə planlar açıqlandı


“Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq.

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Ağyoxuş 1”lə yanaşı, “Ağyoxuş 2” və “Ağyoxuş 3” adlandırdığımız yataqların, eləcə də nisbətən yaxın məsafədə yerləşən “Narçala”, “Mərəh”, “Tülallar”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlərinin emalı da “Çovdar” İnteqrəedilmiş Regional Emal Sahəsində (ÇİRES) həyata keçiriləcək. ÇİRES-in tam fəaliyyətə başlaması bölgənin sosial-iqtisadi inkişafına böyük ölçüdə təsir göstərəcək, yeni daimi iş yerlərinin açılmasına səbəb olacaq.

Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində bu yataqların istifadəyə verilməsi planlaşdırılır.

Ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə cəmiyyət tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC dövlət qeydiyyatına alınıb və dövlət reyestrinə daxil edilib. Hazırda şirkətin fəaliyyətinin təşkili istiqamətində müvafiq tapşırıqlar icra edilməkdədir.

“Daşkəsən” dəmir filizi yataqları üzrə 7 830 metr buruq-qazma işləri icra edilmiş və hazırda da proses davam etdirilməkdədir. Qeyd edim ki, yataq üzrə ilkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur.

Bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.

Hesabat dövrü ərzində “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 min 778 metr buruq-qazma işləri görülüb və 31 min 20 nümunə üzrə laboratoriya təhlilləri aparılıb.

“Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənib.

2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resursların həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyayadək artırılıb. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib.

Son xəbərlər

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31