Yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinə dair müraciət yayıb.

Müraciətdə bildirilir ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır.

“Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

- avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;

- baş verə biləcək fövqəladə hadisə zamanı hər bir nəqliyyat vasitəsi üçün yanacaqdoldurma məntəqəsinin ərazisindən manevr etmə və çıxma imkanı təmin edilməli, bunun üçün yol səthinə xüsusi işarələr və ya digər göstərici nişanlar yerləşdirilməli, yanacaqpaylama kolonkasına yaxınlaşmaq üçün növbədə dayanan avtomobillərarası məsafəyə (1 metrdən az olmayaraq) riayət edilməlidir;

- mühərriki işə salınmazdan əvvəl avtomobillərin, motosikl və skuterlərin neft məhsulları ilə çirklənmiş hissələri silinməlidir;

- yerə tökülən neft məhsulları qumla örtülməli, hopdurulmuş qum və yağlanmış təmizləyici materiallar qığılcım əmələ gəlmə təhlükəsini istisna edən, qapaqları kip bağlanan metal qutulara toplanmalı və iş gününün sonunda məntəqənin ərazisindən çıxarılmalıdır.

Yanacaqdoldurma məntəqələrinin ərazisində qadağandır:

- açıq oddan istifadə edilməsi;

- nəqliyyat vasitələrinin mühərriki işlək vəziyyətdə olarkən yanacaqla doldurulması;

- tufan və ya atmosfer boşalmaları ehtimal olunduqda yanacağın rezervuarlara boşaldılması və istehlakçıların nəqliyyat vasitələrinin çənlərinin doldurulması;

- yanacaqla çirklənmiş və qığılcıma səbəb ola biləcək geyim və ayaqqabılarda iş görülməsi;

- sərnişinlərin olduğu avtobus, yük və ya digər xüsusi texnikanın yanacaqla doldurulması;

- partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanacaq qazları, yana bilən mayelər və materiallar, zəhərli və radioaktiv maddələr yüklənmiş nəqliyyat vasitələrinin yanacaqla doldurulması;

- qığılcımsöndürənlə təchiz olunmayan traktorların məntəqənin ərazisinə daxil olması”.

Son xəbərlər

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31