Qədəmin də, Qələbən də mübarək!Bax budur “10 noyabr 2020-ci il Qələbə!” Xalqa verilən ən qiymətli hədiyyə! Bayramımız mübarək olsun! Əbədi olsun!
Bəli, 2020-ci ildən fərqli olaraq 1961-ci ilin sonunda yəni 24 dekabrda Yaradanına borclu olan Heydər atanın və qəlbi çiçəklərdən, güllərdən təmiz olan mehriban, səmimi, insanların sağlamlığının keşiyində dayanan nurani Zərifə ananın oğul övladı soyuq sərt şaxtalı bir qış günündə dünyaya gəlir. Gəlişi ilə ailəyə sevinc və xoşbəxtlik gətirir. Anaya-ataya qürur və ilham verir. Ata deyir (İlhamımdan aldım İlham) adını mən verdim, İlham!
Bəxtini Tanrı versin. İnşAllah böyüyər... Torpaqlarımıza sahib çıxar, sərhədlərimizi düşməndən qoruyar.

Deyirlər soyuqda, şaxtada, qışda
Dünyaya gələn körpələr, ciddi sərt olar
Doğurdan da doğruya cəsur, igid, mərd olar,
Bəli xalqını, vətənini, torpağımı qəlbi ilə qoruyar.


24 dekabr 1961-ci il doğum tarixinizdə ad gününüz mübarək! Bilirəm 17 il Prezident olduğunuz illər ərzində ad gününüzü qaçqın-köçkün düşərgələrində keçirmisiniz. Çünki Siz, “20 Yanvar” hadisələri ilə əlaqədar, “Moskva” kimi böyük bir şəhərdə qarın, buzun üstündə rəhmətlik atanla birlikdə kəskin, sərt etirazlarınızla millətin mövqeyini, haqq səsini, harayını, dünyaya çatdırmısız. Siz Naxçıvanın ən çətin günlərində blokadaya alınan vaxtlarda xalqla bir yerdə olmusunuz. Naxçıvanın qış fəsli olduqca soyuq və sərt iqlimə malikdir.
İşıq yoxdur. Xalqla birlikdə təsəlli tapdınız ki, dözərik əvəzində- Neft lampamız var, hər qaranlıq gecənin bir işıqlı sabahı var. İstilik yoxdur odun sobamız var... Siz belə bir çətinliklərdən keçməklə həyat Sizi sınayırdı, Mübarizə əzmi davam edirdi- Yumruğun belə sınaqlarda bərkiyib Dəmir yumruğa dönürdü. Birdəki elə bir atanın oğlunun doğum günün 17 ili belə keçməli idi- keçdi də.
Bu il o, illərdən fərqli olaraq xalqın yaddaşında yeni bir tarix kimi qalacaq, çünki bu il Siz də, xalqımız da yenidən doğulduq – Qələbə çaldıq, Ad günümüz şad günümüz mübarək! Gözün aydın Azərbaycan – Qələbəmiz Mübarək! Gözün Aydın Prezidentimiz Sərkərdəmiz, Milli Qəhrəmanımız!

Görüşə gəlirik, Şuşamız, Cəbrayılımız, Qarabağımız,
Bizim varlığımız, bizim xalqımız!


Gəlin bundan sonra “Prezidentliyə namizəd, Prezident seçkisi” cümləsini və tarixini birdəfəlik unudaq!

Ömürlüksən, Əbədisən Prezident!
Yalnız və yalnız İnamla irəli, İlhamla irəli!
Olsun bizim şüarımız!
Firavan yaşasın dövlətimiz, xalqımız!
Qarabağ Azərbaycandır! Bilsin onu hamımız!


Çox hörmətli Prezident! 59-u tamamladın 60-a qədəm qoydun! Qədəmin də. Qələbən də mübarək! Çox yaşa sağlam yaşa 100 yaşa! Siz xalq tərəfindən sevilən Allahını sevən – xislətində kişilik, mərdlik, cəsurluq, hünər, ədalət səmimiyyət, qətiyyət, idarəçilik, rəhbərlik, siyasətçilik, diplomatiya, inovasiya, dilçilik, yüksək beynəlxalq intellektual səviyyə - vətənimizi – vətəndaşımızı, dövlətimizi Azərbaycanın bütövlüyünü sevən və bərpa edən 1 şəxsiyyətdir – İlham! Onun Günəş kimi parlayan çöhrəsi, görkəmi – qoy xalqımıza işıq, ruzi-bərəkət, sülh və əmin-amanlıq rahat və firavan həyat bəxş etsin! Sizi təbrik edir, Azərbaycan xalqı və bu gün dünyaya gələn qəhrəman balalar. Yəqin ki, valideynlər balalarına bu adları verəcək! Polad, Mübariz, Çingiz, Raqub, Allahverdi, Asif, Kərim, Mais, Hikmət, Orxan, Şirin, Anar, Yunus...

Hamlet Tofiqoğlu

Son xəbərlər

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31