Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ



Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, adıçəkilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra həmin məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək:

“Bunun üçün vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur. Vəsait birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Birdəfəlik ödəmənin 100 mindən çox şəxsi əhatə edəcəyi proqnozlaşdırılır. Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsə, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3 və 4-cü dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 332 milyon manat sərf olunub.

Son xəbərlər

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031