
Xəbərlər
25.09.2020, 15:36
TƏBİB-də dəyişiklik: Rəvanə Əliyevaya yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişiklikləri edilib.
Dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub.
Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.
O, məlumatı Oxu.Az-a təsdiqləyib.
Bildirib ki, mətbuatdan gələn sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.
Həmçinin, Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub.
O, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













