Turaztv.az » Xəbərlər » ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO
Xəbərlər

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

17.08.2026, 13:02 1
Ata yurdum, ana dilim,
İlk yuvamsan, Beyləqanım.
Həm çörəyim, həm duzumsan,
Həm havamsan, Beyləqanım.

Qucağında ayaq açdım,
Gah yüyürdüm, gah da qaçdım,
Pərvazlanıb uçdum - uçdum,
Tər nəvamsan, Beyləqanım.

Qürurum, şöhrətim, şanım,
Adını hörmətlə anım.
Damarımda axan qanım,
Xoş səfamsam, Beyləqanım.

Ulusan, müdrikdi yaşın,
Çox bəlalar çəkdi başın,
Gəl qurudum gözün yaşın,
Bir balamsan, Beyləqanım.

Doğma şəhərim, kəndimsən,
Fikir dünyamda fəndimsən,
Hecam, qafiyəm, bəndimsən,
Söz qalamsan, Beyləqanım.

Odlar yurdum, Aran yerim,
Ana qoynun mənə sərin,
Beşiyisən gözəllərin,
Al lalamsan, Beyləqanım.

Bu dünyada varım, yoxum,
Yatsam əgər, şirin yuxum,
Ətirim, rayihəm, qoxum,
Sən şəfamsan, Beyləqanım.

Yaqutum, almazım, zərim,
Cərciz adlı peyğəmbərim,
Mücirəddindən söz dərim,
Bir aləmsən, Beyləqanım.

Atam, anam uyuyan yer,
Sinəm altı oyulan yer,
Halallığı öyülən yer,
Haqq- salamsan, Beyləqanım.

ƏZİZƏ AGAHÜSEYNQIZI  : ATA YURDUM BEYLƏQANIM - FOTO

Oxşar xəbərlər