Subasma riski olan ərazilərdə daşınmaz əmlak bazarında qiymət dinamikası müzakirə mövzusudur. Bu tip ərazilərdə yerləşən evlərin dəyərinin necə formalaşdığı və bazara təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

"Unikal" xəbər verir ki, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son baş verən hadisələr kanalizasiya və infrastruktur məsələləri artıq daşınmaz əmlak bazarında mühüm faktor kimi ön plana çıxmağa başlayıb:

"Bu təsir daha çox cari il ərzində hiss olunacaq, lakin zaman keçdikcə tədricən aktuallığını itirə bilər. Hazırda Bakı şəhər icra strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində, xüsusilə də kanalizasiya sistemi olmayan yerlərdə xırda kollektorların inşası istiqamətində layihələrə start verilib və bu işlər artıq həyata keçirilməkdədir. Əvvəllər belə infrastrukturun olmaması səbəbindən problemlər daha kəskin hiss olunurdu, lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Digər tərəfdən, bu vəziyyət istehlakçı davranışlarına da təsirsiz ötüşmür. Son hadisələrdən sonra ən azı yaxın 6 ay, 1 il ərzində fərdi ev almaq istəyən şəxslər seçim edərkən kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Bu da öz növbəsində bazarda müəyyən fərqlənməyə səbəb olacaq. Belə ki, kanalizasiya sistemi olan və risklərin daha az olduğu ərazilərdə həm tələbatın, həm də qiymətlərin artacağı gözlənilir. Amma infrastruktur problemlərinin olduğu ərazilər alıcılar üçün daha az cəlbedici olacaq və nəticədə həmin yerlərdə qiymət artımı zəif qala bilər və ya ümumiyyətlə müşahidə olunmaya bilər. Ümumiyyətlə qiymətlərlə bağlı ciddi proqnoz vermək mümkün deyil. Hər şey bazarda formalaşacaq tələbatdan və vətəndaşların mövqeyindən asılıdır. Hazırda bu məsələ ilə bağlı rəsmi statistika yoxdur, hansı ərazilərə nə qədər zərər dəydiyi barədə dəqiq məlumat mövcud deyil. Buna görə də nə mən, nə də digər ekspertlər dərin analiz apararaq konkret proqnoz verə bilirik. Lakin şübhəsiz ki, bunun bazara təsiri olacaq. Kanalizasiya sistemi olan, problem yaşanmayan və nisbətən hündür ərazilərə tələbat daha çox olacaq. Riskli və problem yaşana biləcək ərazilərdə isə maraq daha aşağı olacaq".

Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.

Son xəbərlər

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31