
Xəbərlər
29.03.2026, 00:04
HƏSƏNXAN ƏSƏDOV : Bahar gəldi,yaz gəldi - FOTO
Gəldi Novruz bayramı,
Sona çatdı artıq qış.
Yazdan sovqat gətirdi
Haçaqiyruq qaranquş.
Günəş saçdı nurunu,
Pozdu qışın yuxusun.
Yaydı bütün ətrafa,
Nərgizgülü qoxusunu.
Yetişdi fəsli-bahar,
Körpələr də güldülər.
Quşlar da qatar-qatar,
Ölkəmizə gəldilər.
Cana gəldi çöl-çəmən,
Yarpaqladı meşələr.
Kol dibindən boylandı
Üçyarpaq bənövşələr.
Yal-yamac yaşıllaşdı,
Otladı qoyun-quzu.
Açıldı al lalələr,
Bəzədi çölü, düzü.
Duyub bahar ətrini,
Torağay yuva qurdu.
Güllü baxça-bağlarda,
Bülbülər cəh-cəh vurdu.
Güldü torpağın üzü,
Dodağına naz gəldi.
Söylədi civcivələr,
Bahar gəldi, yaz gəldi.
27.03.2026
Sona çatdı artıq qış.
Yazdan sovqat gətirdi
Haçaqiyruq qaranquş.
Günəş saçdı nurunu,
Pozdu qışın yuxusun.
Yaydı bütün ətrafa,
Nərgizgülü qoxusunu.
Yetişdi fəsli-bahar,
Körpələr də güldülər.
Quşlar da qatar-qatar,
Ölkəmizə gəldilər.
Cana gəldi çöl-çəmən,
Yarpaqladı meşələr.
Kol dibindən boylandı
Üçyarpaq bənövşələr.
Yal-yamac yaşıllaşdı,
Otladı qoyun-quzu.
Açıldı al lalələr,
Bəzədi çölü, düzü.
Duyub bahar ətrini,
Torağay yuva qurdu.
Güllü baxça-bağlarda,
Bülbülər cəh-cəh vurdu.
Güldü torpağın üzü,
Dodağına naz gəldi.
Söylədi civcivələr,
Bahar gəldi, yaz gəldi.
27.03.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





